Abituriyentlər həvəslə nəticələrin elan edilməsini gözləyir, həm də gec açıqlandığına görə gileylənirlər.

Mektebgushesi.az xəbər verir ki, bu fikri təhsil eksperti Kamran Əsədov sosial şəbəkədəki hesabında bildirib.

Dövlət İmtahan Mərkəzi martın 3-ü və 10-u 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. Bu imtahan həm də ali məktəblərə qəbulun birinci mərhələsi, həmçinin 5-ci qrupa və 11-ci sinifdən kolleclərə qəbul üçün əsas imtahandır.

“Belə ki, hər fəndən 3 test tapşırığı situasiya tipli sualdır, bu sualı imtahan iştirakçısı əli ilə yazmalı, DİM-in markerləri isə onu meyarlar əsasında əl ilə yoxlamalıdırlar. Dünyanın heç bir ölkəsində imtahan nəticəsinin bir ay sonra elan olunması prosesi yoxdur”.

“Bu test tapşırığı məktəb daxili biliyin ölçülməsinə xidmət edən modelidir. Qəbul imtahanında açıq və qapalı tipli test tapşırığından istifadə etməklə imtahan keçirmək ən doğru yoldur. DİM buraxılış imtahanından sonra açıq və qapalı sualların nəticəsini elan etsə yaxşı olar. 1 ay sonra situasiya suallarının nəticəsini elan edib, əvvəlki balın üzərinə əlavə edər.

Dünya ölkələri daha asan imtahan modelləri tətbiq etmək istiqamətində düşündüyü halda, biz ən çətin yolları axtarır, tapır, tətbiq edirik”.

Bənzər yazılar