Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universitetinin birgə icra
etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı (İDP) çərçivəsində təhsil
alan 5 tələbə Koreya (Cənubi) Respublikasının sözügedən ali təhsil
müəssisəsində 3 aya qədər davam edən tədqiqat proqramında iştirak edib.
Tələbələr Sübhan Abdullayev, Şahmurad Orucov, Sahibzaman
Şirinov, Aynur Məmmədova və Rəvan Ağazadə İDP çərçivəsində cari tədris
ili üzrə sonuncu kursu hazırda Koreyada davam etdirən 61 tələbə
arasından seçilib.
İNHA Universitetində gerçəkləşdirilən tədqiqat proqramını uğurla
başa vuran tələbələr sertifikatla təltif ediliblər.
3+1 modelinə əsaslanan İDP şərtlərinə görə 3 il BMU-da təhsil alan
tələbələr növbəti kursu İNHA Universitetində davam etdirirlər. Tələbələrin
yaşayış, təhsil, səfər sığorta xərcləri “2019-2023-cü illər üçün
Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ödənilir.

Bənzər yazılar