Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin bədii yaradıcılıq festivalının baxış mərhələsi keçirilib.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu , Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Rüstəm Nəzirov, ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Qurbanova, Bakı Xareoqrafiya Akademiyasının müəllimi Nigar Şahmuradova və tarzən Aslan Növəsli tələbələrin çıxışlarını dinləyiblər.
Festivalın baxış mərhələsində ADPU tələbələrinin ifasında rəngarəng şeir, musiqi və rəqs nömrələri təqdim olunub.
Məlumat üçün bildirək ki, festival qaliblərinin yekun konsertinin may ayının birinci ongünlüyündə keçirilməsi  nəzərdə tutulur. Qeyd edək ki, qaliblər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin diplom və mükafatları ilə təltif ediləcəklər.

Bənzər yazılar