Dərc olunub: 05.04.2024

Aprelin 5-də Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin (ADPU)  Şəki filialında  Azərbaycan  Respublikası  Rəqəmsal  İnkişaf və Nəqliyyat  Nazirliyi nəzdində fəaliyyət  göstərən  İnnovasiya və Rəqəmsal  İnkişaf  Agentliyinin  tərəfindən icra olunan “Technest”  milli təqaüd  proqramı  haqqında maarifləndirici tədbir keçirilib.

Filialın Karyera Mərkəzi və “DİV Academy” MMC-nin təşkilatçılığı ilə keçirilən tədbirdə tədris mərkəzinin təsisçisi Eldar Əhmədzadə, direktoru Aygün Mirzəliyeva, karyera məsləhətçisi Murad Ağazadə, tələbə koordinatoru Nəzrin Hüseynova, marketinq mütəxəssisi Orxan Abbasov tələbələrə “Technest” təqaüd proqramı haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, “Technest” təqaüd proqramı informasiya və kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd  proqramı olub, həyata keçirilməsində əsas məqsəd ölkədə İKT sahəsində  kadr bankının yaradılması prosesinə töhfə vermək, əmək  bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.

Qeyd edək ki, layihə çərçivəsində təqaüd proqramına seçilən gənclərə İKT-nin müxtəlif sahələri üzrə müəyyən tədris proqramlarından ödənişsiz yararlanmaq imkanı yaradılacaq.

Bənzər yazılar