Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Aprel zəfərinin səkkizinci ildönümünə həsr olunmuş tədbirlər keçirilir.

Təhsil müəssisələrində 2016-cı ildə baş vermiş hadisələrə həsr olunan “Aprel döyüşləri – böyük Zəfərin başlanğıcı”, “Hərb tariximizin şanlı səhifəsi”, “Aprel döyüşləri şanlı tariximizdir“, “Aprel döyüşlərizəfər salnaməsi” və digər mövzularda konfranslarmühazirə və “Dəyirmi masalarxüsusi dərslər, ədəbibədii kompozisiyalar təşkil edilib.

Həmçinin təhsil müəssisələrində Aprel döyüşləri ilə əlaqədar stendlər və guşələrbülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Azərbaycanın müasir hərb tarixinə Dördgünlük müharibə kimi düşən Aprel döyüşləri barədə ətraflı məlumat verilibBildirilib ki, 2016-cı ilin Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin döyüş və mənəvipsixoloji hazırlığınınqələbə əzminin yüksək olduğunu göstəribBu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyinivətənpərvərliyini və Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursaolsun, ərazi bütövlüyünü bərpa edəcəyini bütün dünyaya sübut edib.

Qeyd edilib ki, 4 günlük Aprel döyüşləri 44 günlük Vətən Müharibəsindəki qələbəyə aparan şanlı yol olubxalqımıza qələbə sevinci yaşadıbtariximizə şanlı səhifə kimi yazılıb.

Tədbirlərdə Aprel döyüşlərində ordumuzun əkshücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarxlar da nümayiş etdirilib.

Bənzər yazılar