BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində”İnklüziv təhsildə əməkdaşlıq məsələləri” mövzusunda seminar təşkil olunub

Aprelin 4-də Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində “İnklüziv təhsildə əməkdaşlıq məsələləri” mövzusunda seminar təşkil olunub.

“House of Dreams” cəmiyyətə inteqrasiya mərkəzinin təsisçisi Nərgiz Əliyeva təşkilatın fəaliyyət istiqamətləri barəsində məlumat verib. O, cəmiyyətin autizmli şəxslərlə işləmək bacarıqlarına yiyələnməsinin vacibliyindən söz açıb. Autizmli uşaqların emosional cəhətdən inkişafı üçün mərkəzlərin işini düzgün formada təşkil etməli olduğunu qeyd edərək autizmli şəxslərlə işləyən mərkəzlərin valideynlərlə qarşılıqlı şəkildə əməkdaşlıq etməklə bağlı danışıb.

Autizm üzrə beynəlxalq konsultant, “House of Dreams” cəmiyyətə inteqrasiya mərkəzinin direktoru, autizmli şəxs Villiam Peters öz şəxsi təcrübəsi ilə bağlı tələbələrə məlumat verib. Villiam Peters autizm xəstəliyinin öhdəsindən gəlmək üçün uşaqlarda müvafiq sosial bacarıqların formalaşdırılması yollarından bəhs edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Bənzər yazılar