Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini elan etdi.
DİM-in verdiyi məlumata görə bu imtahanlarda iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Və mətbuatda bu 14 nəfər yüksək nəticə göstərən ( 51 777 nəfərdən ) məzunun göstəricilərini az qala təhsildə inqilab, sıçrayış kimi təqdim edənlər də tapıldı, uzun illərdir “mövqe savaşı”nda olan ETN və DİM arasında axır ki, sülh və ya barışığın əldə olunduğunu də deyənlər oldu, DİM-in ölkədə təhsil sahsində ” fövqətəbi inkişaf”la axır ki, barışdığını da yazanlar oldu.
İnsan inanmaq istədiyinə inanır….
DİM bu il keçirilən imtahanlarda həm sualların səviyyəsində , həm də kitabçaların iştirakçılarda qalması ilə bağlı “ciddi” jestlər etdi.
İmtahanların nəticələrini analiz etsək hər 5-7 ildə bir dəfə DİM bir dəfə belə “səxavətli” olduğunu görürük. Maraqlıdır gələn ildə nəticələr ən azı bu ilki nəticələr kimi ola bilərmi ? Yaşayarıq görərik.
İllərdir DİM-də ciddi islahatların aparılmasına ehtiyac olduğunu deyirik. DİM-dən test , kitab, qəbul proqramı hazırlamaq səlahiyyəti alnmalıdır. DİM imtahanları keçirən texniki bir qruma çevrilməlidir.
Təklif edirik ki, Prezident Aparatı yanında və ya Nazirlər Kabineti yanında Testalogiya İnistitutu ( və ya Mərkəzi ) yaradılsın. Testləri yalnız bu mərkəz hazırlasın. Hazırlanmış testlər məzunların real bilik və bacarıqlarına uyğun tərtib edilsin. Həmin yaradılacaq Mərkəz ETN ilə milli qiymətləndirmə və ya manitorinqlər vasitəsi ilə, DİM ilə isə sınaq imtahanları vasitəsi ilə əməkdaşlıq edərək, məzunların real bilik bacarıqlarının ümumi səviyyəsini müəyyən edəcək. Suallar məktəbdə öyrədilən səriştələrə uyğun olaraq tərtib ediləcək , nəticədə repititorluq minimuma enəcək, məktəbə , təhsil sisteminə inam armış olacaq. .
Biz bunu istəyirikmi ? Düşünürəm şəxsi, maddi marağımız dövlət və milli maraqdan öndə olduğu zaman etmək istəməyəcəyik.

Bənzər yazılar