İmtahanların təşkili və idarəedilməsi departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a məlumat verilib.

Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti, İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektoru

Vəzifənin adı: məsləhətçi

Qulluq funksiyaları:

  • imtahanların təşkili və keçirilməsi prosesinə texnoloji dəstəyin verilməsi;
  • təşkilati işlərin optimallaşdırılması üçün lazımi proqram təminatlarının hazırlanması, tətbiqi və mövcud proqramların təkmilləşdirilməsi;
  • imtahanların təşkili və keçirilməsində innovasiyaların tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
  • ümumi hesabatların hazırlanması;
  • istifadə olunan məlumat bazalarının optimallaşdırılması;
  • departamentdə istifadə olunan proqram təminatlarının və məlumat bazalarının mütəmadi ehtiyat nüsxələrinin saxlanılması;
  • imtahanların təşkilinə və keçirilməsinə dair səmərələşdirici təkliflərin hazırlanması;
  • səlahiyyətləri çərçivəsində sektora daxil olan elektron müraciətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Təhsilə dair tələblər: ali təhsil

İş stajına dair tələb: tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər:  MS Windows, MS Office, İnternet, web və ya tətbiqi proqramlaşdırma dilləri (C#, Java, React, PHP, AJAX, Javascript, HTML, CSS, Bootstrap, jQuery), məlumat bazaları (MS SQL, MySQL, MS Access) və s. (yüksək səviyyədə)

Dil biliklərinə dair tələblər:  Rus dili-B2; İngilis dili-B2

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsi“ni mövzu bölməsində “İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektorunda məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına  15 aprel 2024-cü il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Bənzər yazılar