ABŞ-ın “Society for Science” təşkilatının Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində Azərbaycanda təşkil olunan “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçiriləcək.

Təhsil İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, müsabiqənin finalı aprelin 17-19-da Bakı Ali Neft Məktəbində təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat işləri ekspertlər tərəfindən qiymətləndirilib və sərgidə iştirak edəcək layihələr müəyyənləşib.

Qeyd edək ki, finala dəvət alan şagirdlərin elektron poçt ünvanlarına və təhsil aldıqları ümumi təhsil müəssisələrinə ətraflı məlumat göndəriləcək.

Bənzər yazılar