Sizin Azərbaycan xalqı ilə, təhsilimizlə nə ədavətiniz var?
Mektebgushesi.az xəbər verir ki, bu fikri Təhsil eksperti Elşən Qafarov sosial şəbəkədəki hesabında paylaşıb:
Artıq 2022-ci ildən Dövlət ümumitəhsil məktəblərində çalışan müəllimlərin ( “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 №-li Qərarına əsasasən ) sertifikatlaşdırma başlanmışdır.
2022-ci ildə ibtidai sinif müəllimləri , 2023-cu ildə tədris dili və ədəbiyyat müəllimləri , sertifikatlaşmaya cəlb olunub. Bu il 2024-cu ildə riyaziyyat və xarici dil müəllimlərinin sertifikasiyasının keçirilməsi planlaşdırılır.
Sertifikasiyanın keçirilməsində bildiyiniz kimi iki əsas məqsəd var :
– Təhsilverənlərin peşə yararlılığının yoxlanması
– Təhsil verənlərin peşəkarlıq səviyyəsinin yoxlanması
Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun ( 2009-cu il ) 31-ci maddəsinin 0.1-ci yarımbəndində , Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanununun ( 2019-cu il ) 21-ci maddəsinin 0.3-cü yarımbəndinə , Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin ( 2011-ci il ) 6.1.2-ci bəndinə əsasən Azərbaycan respublikasının ümumi təhsil məktəblərində təhsilverənlər :
-müəllimlər,
– məsləhətçilər,
-tərbiyəçilər,
-müəllim köməkçiləri,
-çağırışaqədərki hazırlıq rəhbərləri,
-defektoloqlar, loqopedlər,
-praktik psixoloqlar,
-sosioloq-pedaqoqlar,
– uşaq birliyi rəhbərləri,
-laborantlar,
-kitabxanaçılar,
-sosial xidmət sahəsinin işçiləri,
– təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri,
-metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər
– məşqçilər,
-ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər sayılır.
Sertifikasiyanın keçirilməsi əgər təkcə müəllimlər üçün 2022-2026-cı illərdə nəzərdə tutulursa onda digər təhsilverənlər üçün nə vaxt keçiriləcək ? Bu suala az qala hər gün rast gəlirik , həttə nazirə də bu açıq şəkildə bir neçə dəfə ünvanlanıbş Biz başladığımız bir işi niyə bu qədər yubadırıq ? Halbuki indi təhsil prosesinin bütün tərəfləri artıq qəbul edirlər ki, sertifikasiya təhsilimiz üçün həyati önəm kəsb edir, o cümlədən sertifikasiyanı keçirdənlər də .
İkinci çox vacib amil .
– Hal hazırda direktor, təlim-tərbiyə işləri ( tədris) üzrə direktor müavini, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı ( internat tipli məktəblərdə tərbiyə işləri üzrə direktor müavini ) işləyən idarəedicilər ayrı-ayrı fənn müəllimləridir. Sertifikasiyada onların iştirakına icazə verilmir ki, ƏMEİS-də sizin vəzifəniz müəllim yazılmayıb. Deyək ki, məktəblər birləşdirildi və ya həmin vəzifədə işləyənlər işdən çıxarıldı və ya özləri çıxdı , onların aqibəti , talehi necə olacaq ? Onlar nə etsinlər indidən ərizələrini yazıb işdən azad olunsunlar ? Bəlkə də bu ən yaxşı variantdır. Axı yeni vakansiyalar , yeni imtahanlar üçün yerlər açılır . Son on il ölkənin ümumi təhsi tarixinə “imtanlar dövrü” kimə yazmaq olar. Müəllim kimi qalmaq qorxusnu yaşayan həmin kadrlar az-çox məktəbləri idarə edən həmin kadlar da idarəetmədən kütləvi şəkildə getsələr , ümumi təhsil müəssələrində təim-tərbiyənin vəziyyətinin hansı vəziyyətdə olacağını təsəvvür edə bilirsinizmi ?
Sonda üzümü təhsili idarəetmə orqanlarında yüksək vəzifə tutan şəxslərə tutub soruşmaq istəyirəm ?
1. Sizin azərbaycan xalqı, təhsilimizlə nə ədavətiniz var ?
2. Ölkənin təhsil sistemini qrant bazarına çevirməyiniz azmış kimi , dağıdğtdığnız təhsil sistemini tamai ilə hansı məqsədlə məhv edirsiniz ?
3. Dostlarınıza, məhəllə uşaqıarınıza , sinif və tələbə yoldaşlarınıza , açıq və gizli əlaqədə olduğunuz şəxslərə vəzifələr, qrantlar paylamağınız, azmış kimi illərlə təhsildə yaxşı-pis çalışan , məktəblərin bütün yükünü çiyinlərində daşıyan həmin direktor və müavinlərini müəllimlik hüququndan niyə mərhum edirsiniz ? Sabah siz çamadanınınzı , ailənizi , topladığınız sərvəti götürüb xaricə qaçacaqsınız , amma o şəxlər yenə bu vətən , bu millət , təhsilimiz üçün çalışacaq, canlarını qurban verən Şəhidlər , qazilər yetişdirəcəklər.
Nə etməli :
1. Sertifikasiya qaydalarına müvafiq dəyişilik edilməklə müəllimlərdən başqa , digər təhsilverənlərin sertifikasiya qaydaları müəyyənləşməli, onların sertifikasiyasına başlanmalıdır.
2. Ayrı-ayrı fənn müəllimləri olan məktəb direktorları və direktor müavinlərinin sertifikasiyada könüllü içtirakı təmin edilməlidir.
3. Məktəbə tərbiyə işinə rəhbərlik edən sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsinin tərbiyə işləri üzrə müavin statusu verilsin.
4. Məktəb direktorları və direrktor müavinlərinə məktəbdə dərs yükü imkan verdiyi halda 6-10 saat dərsi tədris etmək imkanı yaradılsın və bununla bağlı normativ sənəd qəbul olunsun. Tədris prosesindən direktor və müəavinlərin ayrı düşməsi absurddur , qəbuledilməzdir.
5. Məktəblərdə psixoloji işin təşkili ilə bağlı , psixoloqların sertifikatlaşması,m onların əmək haqlarının qaldırılması məsələləri ilə bağlı addımlar atılsın. Məktəb psixoloqlarına texniki işçi səviyyəsində münasibət yığışdırılsın .
Azərbaycan təhsilində bazar əhval rühiyəsinin aradan qaldırılacağna ümir edirəm. Ümid edirəm ki, müvafiq orqanlar baş verənləri nəzarətə götürəcəklər. ARDI VAR….

Bənzər yazılar