Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olan Təranə Şahmuradova böyük səbirsizliklə doğma yurduna qayıdacağı günü gözləyir.

1988-ci il fevralın 13-də ermənilər ilk dəfə Xankəndiyə ərazi iddiası ilə mitinqlərə başlayanda T.Şahmuradova tələbə idi.

Xankəndi şəhər Dövlət Pedoqoji İnstitunda təhsil alan digər gənclər kimi o da təhsilini dayandırmağa məcbur olub.

“İnstitutu tərk etmək məcburiyyətində qaldıq. Şəhəri tərk edərkən bizim avtobusa atəş açdılar. Yaralananlar çox oldu”, – deyə Təranə Şahmuradova qeyd edib.

Daha ətraflı “ATV Xəbər”in süjetində:

Bənzər yazılar