Aprelin 15-də Türkiyənin Hacettepe Universitetinin təhsil elmləri üzrə professoru Səlahəddin Gelbal Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət edib.

Qonaq ADPU-nun rektoru, professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova ilə görüşüb. Görüşdə, həmçinin elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali təhsil müəssisələri ilə iş sektorunun müdiri Elza Səmədova və ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Rufanə Əhmədova iştirak ediblər.

Görüş zamanı, rektor, professor Cəfər Cəfərov ADPU haqqında ətraflı məlumat verib, ADPU və Türkiyə universitetləri arasında mövcud əlaqələrdən danışılıb, elmi əlaqələrin qurulması, akademik heyətin, tələbələrin qarşılıqlı mübadiləsi perspektivləri müzakirə olunub. Görüşdə, həmçinin təhsildə qiymətləndirmə və monitorinqin əhəmiyyəti vurğulanıb və bu sahədə əməkdaşlıq və təcrübə mübasiləsi ilə bağlı ətraflı müzakirələr aparılıb.

Bənzər yazılar