Lənkəran Dövlət Universitetində (LDU) “Beynəlxalq indekslər, elmi məqalələrin yazılması və Beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda təlim keçirilib. Təlimdə LDU-nun professor-müəllim heyəti, doktorantlar, dissertantlar, magistr və tələbələr iştirak ediblər.  Təlimçi Bakı Dövlət Universitetinin dos.Pərviz Kazımi iştirakçılara elmi məqalələrin strukturunun formalaşdırılması, beynəlxalq indekslər haqqında, beynəlxalq jurnallarda Q1, Q2, Q3 nəşrlərlə bağlı elmi jurnalların araşdırılması və seçilmə qaydaları, saxta nəşrlərin aşkarlanması və s. barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonda LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev dos. Pərviz Kazımiyə maraqlı təlimə  görə universitet rəhbərliyi və iştirakçılar adından minnətdarlıq bildirib.

Bənzər yazılar