Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.
Bu barədə Mektebgushesi.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.
Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.
Qeyd edək ki, 17-19 aprel tarixlərində keçirilən vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Bənzər yazılar