Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qubanın 2024-cü il üçün idman paytaxtı seçilməsi ilə bağlı tədbirlər çərçivəsində tələbələrin “İdmanın ürəyi Qubada döyünür” adlı spartakiadasının açılış mərasimi keçirilib.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, açılış mərasimində Pedaqoji Universitetin Quba filialının direktoru, dosent Yusif Alıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov və tələbə-gənclər iştirak ediblər.

May ayının 10-a qədər davam edəcək spartakiadada filialın tələbələrindən ibarət komandalar futbol, voleybol, yüngül atletika oyunları, stolüstü tennis və digər idman növləri üzrə yarışacaqlar. Spartakiadanın əsas məqsədi bədən tərbiyəsi və idmanın tələbələr arasında kütləvi inkişafına kömək göstərmək, tələbələrin fiziki cəhətdən sağlam böyüməsinə və idman növləri ilə daimi məşğul olmalarına zəmin yaratmaq, tələbələrin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artmasına nail olmaq, həmçinin tələləbərin antinarkotik dünyagörüşünün formalaşmasına bədən tərbiyəsi və idman vasitəsi ilə nail olmaqdır.

Bənzər yazılar