Biz də “Qədim Qala” nəşriyyatı olaraq Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Bakı Dövlət Universitetində keçirilən kitab sərgisində iştirak edirik. Stendlərdə müxtəlif janrlarda kitablar var. Kitablar əsasən şəxsi inkişaf, psixoloji və elmi yönümlüdür. Oxucular arasında tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər.

Bunu kitab sərgisi çərçivəsində “Qədim Qala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu açıqlamasında söyləyib.

Qeyd edək ki, kitab sərgisi Bakı Dövlət Universiteti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Bənzər yazılar