Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş bugünkü kitab sərgisində Bakı Dövlət Universiteti təqribən 30-a yaxın nəşriyyatı bir araya gətirib. Təqribən biz 4 ildən çoxdur ki, 20-dən çox sərgi və festival keçirmişik. Lakin bugünkü kitab sərgisi bir ilkdir ki, əksər nəşriyyatlar bir araya toplanıb.

Mektebgushesi.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açılamasında “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Şəmil Sadıq söyləyib.

“Düşünürəm ki, bu addımla tələbələri kitaba bir pillə də yaxınlaşdırdıq. Çünki bu sərgidəki kitablar müəyyən güzəştlərlə təqdim olunur. Müəlliflər, naşirlər, yazarlar elə özləri stendlərdə duraraq kitabları haqqında oxuculara məlumat verirlə”, – deyə Ş.Sadiq bildirib.

“Fikrimcə, ölkəmizin işıqlı sabahı üçün kitabların təbliğatı vacibdir. Çünki kitabı tanıyan, oxuyan, onunla baş-başa qalan insan intellektli, mədəni, dünyagörüşlü olur. Ölkəsini, Vətənini, millətini sevə bilir, dəyərlərə sahib çıxa bilir. Kitab bir dəyərdir və bu dəyərə bağlı olaraq Bakı Dövlət Universiteti və “Azərbaycan Nəşriyyatlar Assosiasiyası”nın birgə təşkilatçılığı ilə böyük bir hadisəyə imza atıldı. Bütün universitetlərimizi bu addımın davam etdirilməsinə çağırıram”,- deyə sədr bildirib.

O bildirib ki, “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” bugünkü məzmunda sərgini may ayının 11-12-də Naxçıvan Dövlət Universitetində də təşkil edəcək.

 

Bənzər yazılar