Məlumat informasiya sistemləri sahəsində ixtisaslaşmış Almaniyanın məşhur SAP şirkətinin Azərbaycan üzrə baş direktoru Anar Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçib.

Mektebgushesi.az xəbər verir ki, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təşkil edilən seminarda SAP mütəxəssisi kimi formalaşmaq üçün mövcud tələblər, SAP-nin yerli və qlobal bazarlarında təcrübə fürsətləri müzakirə edilib. Həmçinin SAP Universitet Alyanslarının qlobal meneceri Yuri Kuprianov görüşə onlayn formatda qatılaraq tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, AzTU 2024-cü ildən etibarən Qlobal SAP Universitetlər Alyansının üzvüdür və şirkətlə birgə mütəmadi tədbirlər həyata keçirir.

Bənzər yazılar