Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya biologiya
fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Bəsti Əsədova Erasmus+
mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetində
keçirilən beynəlxalq həftədə iştirak edir.
22-27 aprel tarixlərində davam edəcək beynəlxalq həftədə ADPU-nun müəllimi
Bəsti Əsədova Genetika, İnsan və heyvan morfofiziologiyası üzrə 8 saat dərs tədris
edəcək, fakültə ilə tanış olacaq.
Qeyd edək ki, 5 noyabr 2022-ci il tarixində Litvanın Vytautas Magnus Universiteti
ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında Erasmus+ proqramı
çərçivəsində (Fəaliyyət 1) tələbə/heyət mobilliyini həyata keçirmək məqsədilə
müəssisələrarası müqavilə imzalanıb.

Bənzər yazılar