Dövlət İmtahan Mərkəzi tərəfindən işğaldan azad olunmuş Füzuli rayonunda yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, Laçın şəhəri 2 nömrəli tam orta məktəbi, Laçın rayonu Zabux kənd tam orta məktəbi, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbinin kitabxanalarına “Abituriyent “ jurnalı redaksiyasının nəşr etdirdiyi yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, eləcə də “Abituriyent” jurnalının 1-ci və 2-ci nömrələri hədiyyə edilib .

Qeyd olunan şəhər və rayonlarında yerləşən ümumtəhsil müəssisəsələrinin kitabxanalarına 79 adda 400-dən çox kitab təqdim olunub.

Bu vəsaitlərdən sinif şagirdləri, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər.

Bənzər yazılar