Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndirici
görüşlər keçirilir.
Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən görüşlərdə
müəllimlər, şagirdlər və valideynlər iştirak edirlər.
Görüşlərin əsas məqsədi müvafiq istiqamətlər üzrə aktual mövzulara dair məlumatlılıq
səviyyəsini artırmaqdan ibarətdir.
Belə ki, görüşlərdə yeniyetmə və gənclər təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və
sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər
ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, erkən nikah və qohumlar arasında nikah
hallarının qarşısının alınması, narkotik vasitələrin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına
zərəri barədə məlumatlandırılır.
Həmçinin uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş
təbliği, ailələrin, valideynlərin və uşaqların internet resurslarından qaynaqlanan risklər barədə
məlumatlandırılması istiqamətində müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar
cavablandırılır.
#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Şagird #Müəllim #Valideyn #MaarifləndiriciGörüş
BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL İDARƏSİ
MEDİA VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR SEKTORU
AZ1007, Azərbaycan, Bakı, Xan Şuşinski 17
T: +994 12 599 12 22 | F: +994 12 599 12 22 | Daxili: 6111; 6112, 6114, 6117
W: http://baku.edu.gov.az | E-poçt: press@baku.edu.gov.az

Bənzər yazılar