26.04. 2024 tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi “Təhsil Ekspertləri Mərkəzi” ilə birgə “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda dəyirmi masa keçirmişdir.

Mektebgushesi.az xəbər verir ki, dəyirmi masada Millət vəkilləri Ceyhun Məmmədov Elm Və Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev Bakı Şəhər Təhsil İdarəsi müdirinin müavini Hüseyin Əsgərov, sektor müdirləri Anar Məmmədov və Başarət Məmmədov, təhsil ekspertləri Nadir İsrafilov, İlham Əhmədov, Elçin Əfəndiyev, AVMA sədri Şahin Rəcəb, ADPU – nun nəzdnində fəaliyyət göstərən pedaqoji kollecin direktoru İsrayıl İsgəndərov, ADPU nun şöbə müdiri Xalidə Həmidova, Bakı şəhərində aparıcı məktəb direktorları, özəl lisey məktəblərin rəhbərləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Təhsil Ekspertləri Mərkəzinin üzvü Kamran Əsədov ərazi bütövlüyümüz uğrunda şəhid olmuş əsgər və zabitlərimizin ruhunu bir dəqiqəlik sükütla yad etdikdən sonra, tədbirlə bağlı vacıb məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Mövzu ətrafında məruzə etmək üçün sözü Təhsil Ekspertləri Mərkəzinin üzvü ümumi təhsil üzrə mütəxəsis Elşən Qafarova verdi. “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda dinlənilən məruzədən sonra Ümumi təhsil müəssisələrində təhsil prosesinin tərəflərinin (təhsilalanların, təhsilverənlərin, valideynlərin) davranış qaydaları və qeyri-standart vəziyyətlərdə məktəbin (məktəb rəhbərinin) fəaliyyətinin təşkili ilə bağlı problemlər və yanaşmalar, məktəbdaxili və yekun qiymətləndirmə ilə bağlı problemlər və yanaşmalar, ümumtəhsil ilə bağlı hüquqi-normativ baza, ümumi təhsilin idarə edilməsi, təhsil prosesinin tənzimlənməsi ilə bağlı problemlər, yanaşmalar, ümumi təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı beynəlxalq təcrübəyə inteqrasiya kimi vacib məsələlər müzakirə edildi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov görüşün əhəmiyyətinə diqqət çəkərək Elm və Təhsil Nazirliyi tərəfindən bu səpkidə görüşlərin keçirilməsinə dəstək göstərilməsinin müsbət addım olduğunu qeyd edib. Həmçinin deputat əlavə edib ki, məktəblərdə sıxlıq məsələsinin görüşün gündəliyinə salınması görüşün aktual məsələləri əhatə etdiyini göstərir. C.Məmmədov “dəyirmi masa”da müəllimlərin etik davranış qaydalarının, valideynlərin məktəbə müdaxiləsinin necə aradan qaldırılması istiqamətində müzakirənin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, məktəb direktorları ilə bu tipli görüşlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Elnur Nəsibov bu tipli görüşlərin keçirilməsinə TİF tərəfindən dəstək göstərməyə hazır olduqlarını qeyd edib. O vurğulayıb ki, bu tipli görüşlərin keçirilməsinin işlək mexanizminin yaradılması zəruridir.

Dəyirmi masada Təhsil Ekspertləri Mərkəzinin mövzu ilə bağlı hazırladıqları təkliflər paketi iştirakçılara təqdim olunub.

        

Bənzər yazılar