Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə psixoloji xidmətin aktual problemləri” I Respublika Forumu keçirilib.

Forumu giriş sözü ilə açan Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov təhsildə psixoloji xidmətin inkişaf dinamikasından bəhs edib və bu işdə universitetin fəaliyyətini vurğulayıb.

Daha sonra Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək, forumun işinə uğurlar arzu edib, onun təhsildə psixoloji xidmətin müasir problemlərinin araşdırılmasında böyük rol oynayaycağına əminliyini ifadə edib.

Çıxış edənlərdən pofessor Ramiz Əliyev ölkədəki islahatlardan və onların təhsil sisteminə pozitiv təsirindən, o cümlədən Pedaqoji Universitetin bu sahədə fəaliyyətindən bəhs edib.

Sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov çıxış edərək, forumun həsr olunduğu təhsildə psixoloji xidmət problemlərinin aktuallığını vurğulayıb.

Yekunda ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika elmləri doktoru, dosent Nailə Hüseynova fakültənin fəaliyyəti, ixtisas kafedralarının professor-müəllim heyətinin kadr hazırlığındakı rolu barəsində məlumat verib.

Daha sonra fakültənin fəaliyyəti ilə bağlı videoçarx təqdim edilib.

Plenar iclasdan sonra forum işini  “Təhsilin müasir psixoloji problemləri”, “Psixi sağlamlıq və təhsil”, “İctimai mühit və şəxsiyyət” panellərində davam etdirib. Hər 3 paneldəki çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bənzər yazılar