Əziz müəllimlər,
4 may 2024-cü il, saat 10:00-da Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəbdə konfransımız keçiriləcək.

“Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbirin məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdləri bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarətdir.

Qeydiyyat linki: https://forms.gle/Bp1cuJbKq612w9Zt9

Son qeydiyyat tarixi: 1 may 2024-cü il.

Bənzər yazılar