Dərc olunub: 30.04.2024

 

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin müəllimi Bahar Əliyeva Türkiyənin Erciyes Universitetində keçirilən Koreyaşünaslıq üzrə “IV ERAKAM” beynəlxalq konfransda iştirak edib.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, konfransda o, “Koreyada “backpacking(bel çantası)” səyahətinin yaranması və populyarlaşması” adlı məruzə ilə çıxış edib.

Sözügedən konfransda Türkiyə, Cənubi Koreya, Bolqarıstan, Sloveniya, İtaliya, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İordaniya və s. olmaqla, ümumilikdə, 14 ölkədən 70-ə yaxın iştirakçı olduğu bildirilib.

Qeyd edilib ki, keçən il Erciyes Universitetinin təşkil etdiyi eyniadlı konfransa Azərbaycan Dillər Universiteti ev sahibliyi etmişdir.

Bənzər yazılar