Heydər Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Heydər Əsədov bundan əvvəl 2019-cu ilin aprel ayının 3-ü sözügedən akademiyaya rektor təyin olunub.

Azərbaycanda universitet rektorları 5 il müddətinə təyin edilir. Bu qayda 10 dekabr 2018-ci ildə imzalanan fərmanla müəyyən olunub və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda öz əksini tapıb.

Ölkəmizdə qanunvericiliyin, adəyən, geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir.

Fərmanın imzalanmasından sonra Azərbaycanın dövlət universitetlərinə bir çox rektor təyin edilib, onların səlahiyyət müddəti 5 il hesab olunur.

Qeyd edək ki, Heydər Əsədov 2013-2018-ci illərdə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Bənzər yazılar