SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu.
Bu barədə Mektebgushesi.az-a Bakı Ali Neft Məktəbindən məlumat verilib.
Bildirilib ki, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib.
Qəhrəman 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olub. Prezident təqaüdçüsüdür.
Erasmus+ mübadilə proqramı ilə III kursda 1 semestr İspaniyanın Alkala Universitetində təhsil alıb.
Bu il SOCAR-ın “Gənc İstedadlar Proqramı”na seçilib. Hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir.

Bənzər yazılar