Dərc olunub: 06.05.2024

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının müəllimləri Nərmin  Həsənova və Pərişan Yolçuzadənin rəhbərliyi ilə təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda ekskursiyada olublar.

Tələbələr institutun Fuad İbrahimbəyov adına kitabxanası, həmçinin təlim və seans otaqları ilə tanış olublar.

Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Lamiyə Hüseynova tələbələrə institutun tədqiqat işləri haqqında ətraflı məlumat verib.

Eyni zamanda, tələbələr institutun əməkdaşı, psixoloq Mehriban Ağabalayeva tərəfindən aparılan PEP-R təlimində iştirak ediblər.

Daha sonra  Beyin və davranış laboratoriyasının rəhbəri Səyanə Əliyeva tələbələri laboratoriyanın fəaliyyəti ilə tanış edib.

Laboratoriya ilə tanışlıqdan sonra psixoloq Nərmin Vəliyeva tələbələrə “Yeniyetmələrdə psixoloji böhranın xüsusiyyətləri” mövzusunda təlim keçib və tələbələr sertifikatla təltif olunublar.

Bənzər yazılar