Dərc olunub: 07.05.2024

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

Mektebgushesi.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Dünən saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 29 230, II qrup üzrə 23 163, III qrup üzrə 24 499, IV qrup üzrə isə 5 804 abituriyent elektron ərizəsini təsdiq edib.

Qeyd edək ki, abituriyentlər dünən saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməli idilər.

Bənzər yazılar