Dərc olunub: 07.05.2024

 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər edib.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, səfər zamanı AzTU nümayəndələri zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev və əməkdaşlarla görüşüblər.

Görüşdə universitet-sənaye işbirliyinin inkişafı, AzTU-nun bakalavr tələbələrinin zavodda istehsalat, magist tələbələrinin elmi-tədqiqat təcrübəsi keçmələri, doktorantların elmi-tədqiqat işlərinə cəlb olunmaları istiqamətində fikir mübadiləsi aparılıb. Bundan başqa, birgə konfransların, karyera sərgilərinin keçirilməsi də müzakirə olunub.

Görüşün sonunda universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Daha sonra AzTU-nun nümayəndə heyəti zavodun ərazisini gəzib, burada görülən işlərlə tanış olublar.

Bənzər yazılar