Dərc olunub: 07.05.2024

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB qrupuna aid inzibati vəzifələr üzrə mayın 12-də kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Mayın 12-də digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı isə kompüter vasitəsilə keçiriləcək.

Bənzər yazılar