BDU-nun nümayəndə heyəti Türkiyənin Ankara Sosial Elmlər Universitetində olub

Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Türkiyənin Ankara Sosial Elmlər Universitetində olub. Ziyarət zamanı Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan BDU-nun nümayəndə heyəti ilə görüşüb. BDU-dan bildirilib ki, görüşdə Bakı Dövlət Universiteti və Ankara Sosial Elmlər Universiteti arasında əməkdaşlıq müzakirə olunub, BDU-da innovasiya ekosistemi və texnoparkların qurulmasının vacibliyi vurğulanıb. İnnovasiya sahəsində kadr […]
Əsl pedaqoq: insan şəxsiyyətinin üzvi hissəsi kimi

Tələbəliyi insan həyatında tək və təkrarsız bir dövr də adlandırmaq olar. Bəzən kitabxanada saatlarla ötən zaman, bəzən də bir müəllimin səmimi təbəssümü, yaxud təhsil müddətində yaddaqalan bir çox məqamlar insan üçün əsl dəyərə çevrilir. Əminəm, illər ötəcək, amma bu dövrdə yaşanan duyğular – təlatümlər, sevinclər, mübarizələr və uğurlar yaddaşımda silinməz iz buraxacaq. Hazırda Bakı Dövlət […]
MDU regionda ilk olaraq “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb

Mingəçevir Dövlət Universiteti (MDU) regionda informasiya texnologiyaları sahəsində dünya liderlərindən olan “Cisco Networking Academy” ilə rəsmi əməkdaşlıqla bağlı Niyyət protokolu imzalayıb. Universitet olaraq artıq, Cisco NetAcad proqramının rəsmi akademik tərəfdaşı statusunu qazanaraq, regionda informasiya texnologiyaları sahəsində qabaqcıl mövqeyini daha da möhkəmləndirib. Bu münasibətlə 2025-ci ilin 22 may tarixində MDU-nun rektoru Anar Eminov Cisco “Networking […]
ADNSU-da gənclər arasında sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərə qarşı maarifləndirmə məqsədilə tədbir keçirilib

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon Polis İdarəsi ilə birgə gənclərin sağlam həyat tərzinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərə qarşı maarifləndirmənin gücləndirilməsi və gənclərin bu sahədə fəallığının artırılması olub. Tədbirdə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev […]
ADPU-da gələcəyin təhsil liderləri mükafatlandırıldı

Mayın 22-də Azəbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün rəsmi bağlanış və mükafatlandırma mərasimi keçirilib. Bağlanış mərasimində dövlət rəsmiləri, Pedaqoji Universitetin rəhbərliyi, təhsil ictimaiyyətinin nümayəndələri, KİV təmsilçilləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, müsabiqənin Təşkilat Komitəsinin sədri professor Cəfər Cəfərov qeyd edib ki, […]
LDU-da “Kreativ və innovativ düşüncə tərzini necə formalaşdırmalı?” mövzusunda infosessiya keçirilib

Azad Mirzəcanzadə İnkişaf Proqramı Lənkəran Dövlət Universitetində (LDU) “Kreativ və innovativ düşüncə tərzini necə formalaşdırmalı?” mövzusunda növbəti infosessiyasını reallaşdırıb. Tədbiri giriş sözü ilə LDU-nun Sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq akademik Azad Mirzəcanzadənin zəngin elmi yaradıcılığından, ictimai fəaliyyətindən, gənclərə göstərdiyi qayğıdan söz açıb. Bildirib ki, bu dəyərli alimin adını […]
BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və “HBN Group”un birgə təşkilatçılığı, “Veysəloğlu Şirkətlər Qrupu”nun baş sponsorluğu ilə “CareerFest BEU 2025” karyera festivalı keçirilib. Festivalda dövlət qurumları, nüfuzlu şirkətlərin rəhbərləri, universitetin, eləcə də ölkəmizin digər ali məktəblərinin tələbə və məzunları iştirak ediblər. Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev gənclərin təhsili, məşğulluğu, karyera yüksəlişi, sosial rifahının […]
ADPU TGT-nin 20 illiyi: “G20 – Gənclikdən gələcəyə”

Mayın 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) yaradılmasının 20 illiyi münasibətilə “G20 – Gənclikdən gələcəyə” adlı tədbir keçirilib. Universitet rəhbərliyi və TGT məzunlarının iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov təşkilatın universitet həyatına verdiyi dəyərli töhfələrdən danışıb, könüllü fəaliyyətin əhəmiyyətini vurğulayıb. Rektor ADPU TGT-nin tələbələrin […]
“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanının nəticələri açıqlanıb

Beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin Analitik təhlil imtahanının nəticələri açıqlanıb. Müsabiqənin Təşkilat Komitəsindən bildirilib ki, imtahana qatılan 5813 namizəddən 1478-i müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb. İmtahanda iştirakçılara verbal, rəqəmsal və abstrakt təhlil olmaqla, 3 blok üzrə suallar təqdim olunub. İmtahana ümumilikdə 3 saat vaxt ayrılıb. Analitik təhlil imtahanının keçid balı 560 T-şkala olaraq […]
Mayın 25-də 54 mindən çox abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. Xankəndi şəhərində keçiriləcək […]
Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş günü olacaq

Bu il Qurban bayramı münasibətilə Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Mektebgushesi.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı iyunun 6-sı və 7-si qeyd olunacaq. Əmək Məcəlləsinə uyğun olaraq, 7 iyun şənbə gününə təsadüf etdiyindən, 9 iyun (bazar ertəsi) əlavə qeyri-iş günü kimi müəyyən olunub. 8 iyun isə bazar gününə düşür. Beləliklə, 6, […]
İşə qəbul müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi 26-27 may 2025-ci il tarixlərində keçiriləcək. Test imtahanında 4 283 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərə SMS vasitəsilə göndərililəcək. İmtahanda namizədlərə 40 (ixtisas […]
Ağdaş təhsil sektoruna YENİ TƏYİNAT

Rüstəm Aslanov Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Mektebgushesi.az -ın əldə etdiyi məlumata görə, 21 may 2025-ci il tarixindən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinin icrası ona həvalə olunub. Aslanov Rüstəm Namiq oğlu 11 iyul 1995-ci ildə Mingəçevir şəhərində anadan olub. Tam orta […]
Şagird tənəffüs vaxtı sinif yoldaşına xəsarət yetirib

Mayın 22-də 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 10:30 radələrində) VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) mübahisə zamanı yüngül xəsarət yetirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mektebgushesi.az -a bildirilib ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. […]
Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib. Mektebgushesi.az həmin müraciəti təqdim edir: “Uşaqların yollarda nəzarətsiz hərəkəti – bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər. Hər bir valideyn bilməlidir ki, uşaqları yol hərəkəti qaydalarını mənimsəmədən və yolda təhlükəni dərk etmədən küçəyə tək buraxmaq onların həyatlarını riskə atmaq deməkdir. Təhlükəsizlik yalnız yol nişanları ilə […]