Mektebgushesi

“Magistraturanın gənclərimiz üçün faydası və önəmi yoxdur” – AÇIQLAMA

  Aprel ayının 28-də ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanı (2-ci cəhd) keçirilib. İmtahanda iştirak etmək üçün 19 716 bakalavr ərizə təqdim edib. Bu il ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd verənlərin sayı artıb. Ötən illərə nisbətən yüksək göstəricidir. 2024/25-ci tədris ilində ali təhsil müəssisələrinin magistratura pilləsi üzrə ilk cəhd imtahanında 19 725 bakalavr ərizəsini […]

Elm və Təhsil Nazirliyi təhsil proqramlarının açılması qaydalarını təsdiqləyib

  Yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydaları təsdiqlənib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Yeni təhsil proqramının (ixtisasın) açılmasına dair ümumi tələblər aşağıdakılardır: -təhsil proqramı (ixtisas) təhsilalanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət qurmaq bacarığını formalaşdırmalıdır – təhsil proqramı […]

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Azərbaycan memarlığının incilərindən sayılan Şəkidə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “ArchiVision WeekEND Camp” təşkil olunub. 3-5 may tarixlərində keçiriləcək “Camp”da AzMİU-nun Dizayn fakültələrində təhsil alan 90 tələbəsi Şəki şəhəri, şəhərin tarixi-memarlıq abidələri ilə tanış olacaq, müxtəlif əyləncə proqramlarında iştirak edəcək, panel müzakirə və vörkşoplara (Dizayn sərgisi) qatılacaqlar. […]

AVMA “Müəllim cəmiyyətin xilaskarı kimi” adlı layihəyə start verir

Diqqət, əziz müəllimlər. “Müəllim cəmiyyətin xilaskarı kimi” adlı “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən yeni layihəsinə start verilir. Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad Siyəzən Şamaxı İsmayıllı Qazax Agdaş Göyçay Salyan Biləsuvar Astara Yardımlı Qusar Xaçmaz Zaqatala Balakən əhatə edəcəkdir. Layihənin […]

Mingəçevirdə Ümummilli Liderə həsr olunan Respublika elmi konfransı keçirilir

  2024-cü ilin mayın 3-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda Respublika elmi konfransı işə başlayıb. Əvvəlcə, Ulu Öndərin MDU-nun inzibati binasındakı abidəsi önünə gül dəstələri düzülüb. Konfrans Ümummilli liderimiz […]

Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Vazeh Əskərov Özbəkistanın Daşkənd Kimya Texnolgiya Universitetinin (ÖKTU) rektoru, professor Botır Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti- prorektor Anvar Şernaev və rektorun müşaviri Ruslan İmanzadə ilə görüşüb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, qonaqları universitetdə salamlayan rektor, dosent Vazeh Əskərov ADNSU-da tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, […]

Kamil Zeynalov – Öyrənməyə meyllilik

Koqnitiv nöqteyi-nəzərdən inkişaf və öyrənmə eyni şey deyil. Bəzi bilik növləri ümumbəşəri şəkildə normal inkişaf prosesində mənimsənilir, digər növlər isə yalnız məqsədyönlü təlimin müdaxiləsi ilə öyrənilir (bura hər hansı vasitələrlə, məsələn, şagirdlik, rəsmi məktəb və ya öz-özünə təhsil daxildir). Məsələn, bütün normal uşaqlar baxıcılarının onlara bunu öyrətmək üçün xüsusi səy göstərməsindən asılı olmayaraq yeriməyi öyrənirlər, […]

AzTU ilə İstanbul Aydın Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi Mustafa Aydının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Viliayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib. Mustafa Aydın qurucusu olduğu İstanbul Aydın Universiteti ilə bağlı geniş təqdimatla çıxış edib. […]

Elşən Qafarov: Müəllim sertifikasiyadan niyə qorxmalı və ya çəkinməlidir ?

Müəllim sertifikasiyadan niyə qorxmalı və ya çəkinməlidir ? Niyə güzəşt istəməlidir ? Mektebgushesi.az xəbər verir ki, Bu fikri təhsil eksperti Elşən Qafarov sosial şəbəkədəki hesabında bildirib: Axı sertifikasiya işə qəbul imtahanı və ya müsabiqəsi deyil ki, orada rəqabət olsun. Sertifikasiya müəllimin hal-hazırda peşəkarlığını yoxlamaq məqsədi ilə keçirilir. Məktəbdə təlim-tərbiyə prosesi ilə məşğul olan müəllimin gündəlik […]

“Yeni Tərtər”ə bağlı qəzetçi ömrü

Qəzet qədim kütləvi informasiya vasitəsi olmaqla yanaşı, həm də etibarlı və dəqiq məlumat mənbəyidir, çünki hərtərəfli araşdırma tələb edir, hər fikrin arxasında böyük məsuliyyət dayanır, bir sözlə xalqın mənəvi inkişafının hərəkətverici qüvvəsi hesab olunur. Bu mənada dövlət və dövlətçilik dəyərlərinin artması, milli şüurun oyanışı və formalaşması, habelə özünüdərk məsələlərində milli mətbuatın, qəzetçiliyin rolu danılmazdır. Deyərdim […]

LDU-da COP-29-la bağlı tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) BMT-nin  İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP-29-la  bağlı dəyirmi masa təşkil olunub.  “Azərbaycanın COP-29-a sədrliyi qlobal Şimal və Cənub arasında körpüdür” mövzusunda keçirilən  dəyirmi masada  LDU-nun prorektorları,   “Biologiya və ekologiya”,  “Coğrafiya və onun  tədrisi metodikası” kafedralarının müəllimləri və tələbələri iştirak edib. Dəyirmi masada “Biologiya və ekologiya” kafedrasının dosenti […]

Xaricdə təhsil almış 337 müraciətə müsbət qərar verilib

Aprel ayı üzrə 399 müraciətin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Mektebgushesi.az -a verilən məlumata əsasən, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom […]

Azsaylı xalqların dilində dərsliklər məktəblərə göndərilib

2023-2024-cü tədris ili üçün I sinif “Haput dili”, I – IV siniflər üçün “Talış dili”, “Saxur dili” və “Xınalıq dili” dərslikləri çap edilərək, azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrinə çatdırılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat veriblər. Qeyd edilib ki, digər azsaylı xalqların dillərinə dair dərsliklər üzərində işlər […]