Mektebgushesi

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə strateji tərəfdaşlıq qurub

Elm və Təhsil Nazirliyi bəzi Azərbaycan universitetlərini dünyasəviyyəli tədqiqatlar aparan institutlara çevirmək və ali təhsil sektorunun qlobal nüfuzunu yüksəltmək niyyətindədir. Mektebgushesi.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə THE öz rəsmi saytında məlumat yayıb. Belə ki, THE Azərbaycan ali təhsilinə dair ətraflı, hərtərəfli və dolğun məlumatlara əsaslanan təhlil həyata keçirəcək və Azərbaycan universitetlərinin dərindən təhlilini […]

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Mayın 2-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib.  Mektebgushesi.az xəbər verir ki, iclasda sertifikatlaşdırma prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb və test imtahanı mərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib. Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) […]

“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi yekunlaşıb

Mayın 2-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. Tədbir ərzində məktəblilərin ifasında Məhəmməd Füzulinin əsərləri, qəzəllərinə bəstələnən mahnılar səsləndirilib, dahi şairə həsr olunmuş ədəbi-bədii […]

Azərbaycan Texniki Universitetində “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb

  Azərbaycan Texniki Universitetində “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb. Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı imtahan iştirakçılarına kömək etmək məqsədilə Azərbaycan, Qərbi Kaspi, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Sumqayıt Dövlət Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla […]

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

  İyunun 21, 22, 24-ü ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 8-də ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılma prosesi də baş tutacaq. Təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla […]

BŞTİ-yə aprel ayında 5 442 müraciət daxil olub  

Aprel ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 5 442 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 1 871 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 637 müraciət daxil olub. BŞTİ-yə 1 532 sənəd (vətəndaşlar tərəfindən 284 ərizə, Elm və Təhsil Nazirliyindən 311, […]

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

  Mayın 3-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, proses sentyabrın 13-dək davam edəcək. Qeyd edək ki, uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini […]

Mədəniyyət istiqamətində bir sıra məktəb və mərkəzlərə işə qəbul üzrə müsabiqə elan edilib

  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbulla bağlı müsabiqə elan edilib. Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Müsabiqə aşağıda qeyd edilən ardıcıllıqla həyata keçiriləcək: -Onlayn qeydiyyat; -Test imtahanı; -Müsahibə. Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, […]

Alternativ qeydiyyat mərkəzlərində  767 valideynə dəstək göstərilib

Mayın 3-ü (saat 09:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı paytaxtdakı alternativ qeydiyyat mərkəzlərində ümumilikdə 767 vətəndaş müraciətinə baxılıb. Müraciətlərdən 431-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 27 alternativ qeydiyyat mərkəzi tərəfindən qaydalara uyğun şəkildə icra olunub. 336 valideynə isə 5, 6 və 7 saylı “ASAN […]

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

  Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun Beynəlxalq Biznes Məktəbinin MBA proqramı çərçivəsində 2024/2025-ci tədris ilinin payız və yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur. Bu barədə AzTU-dan məlumat verilib. Fənlərin siyahısı AzTU-nun saytında yerləşdirilib. Müəllimlərin işə qəbulu üçün tələblər: – İqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, […]

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

  Mərakeş Krallığının Beynəlxalq Əməkdaşlıq Agentliyi 2024-2025-ci tədris ili üçün ölkənin dövlət ali təhsil müəssisələrində təqaüdlü təhsil imkanı təqdim edir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, təqaüd proqramı ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqram çərçivəsində 10 nəfər Azərbaycan Respublikası vətəndaşının Mərakeşdə təqaüdlə təhsil alması nəzərdə […]

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

“Quacquarelli Symonds” (QS) Beynəlxalq Reytinq Agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Mektebgushesi.az xəbər verir ki, qonağı salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev beynəlxalq reytinq sistemlərinin ali təhsil müəssisələrinin dünya miqyasda tanınmasındakı rolundan söz açıb. Rektor AzTU-nun beynəlxalq reytinq sistemlərinə önəm veridyini diqqətə çatdırıb.  Görüş zamanı AzTU-nun […]

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

  2023-2024-cü tədris ilinin yaz semestrində təhsil tələbə krediti almaq üçün müraciət edənlərin bu günə olan statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan  bildirilib ki, yaz semestri ərzində 7449 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 504 nəfərin müraciəti natamam olub, 365 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 390 nəfərin müraciətinə imtina cavabı verilib, 335 nəfərin müraciəti isə […]

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin I kurs tələbələri Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda olublar. İnstitutdan  bildirilib ki, görüş tələbələrin fizika fənnini daha dərindən mənimsəmələri, burada quraşdırılan müasir avadanlıqlarla tanış olmaları məqsədi daşıyıb. Fizika İnstitutunun alimləri tələbələrə elmi müəssisədə aparılan tədqiqatlar, laboratoriyaların elmi araşdırmalarda istifadə etdiyi metodikanın iş prinsipləri, aparılan elmi tədqiqatların […]

Tərtərdə 15 yaşlı məktəbli qız qaçırılıb, yoxsa itkin düşüb? – VİDEO

  Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. Mektebgushesi.az Oxu.Az -a istinadən  xəbər verir ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktora şikayət edib: “Nigar narkomandır, bu məktəbdə oxumasını istəmirik, mənim uşaqlarım təhlükədədirlər” kimi […]