Mektebgushesi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

  Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və […]

ADPU-da maarifləndirici tədbir: MİQ sessiyası

Aprelin 19-da “Code for future” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi, Pedaqoji Universitet və Alqoritmika şirkətinin birgə təşkilatçılığı ilə “MİQ sessiyası” mövzusunda tədbir keçirilib. İnfosessiyada, əsasən, Pedaqoji Universitetin riyaziyyat və informatika müəllimliyi və informatika müəllimliyi ixtisaslarında təhsil alan, eləcə də “Code for future” layihəsinin iştirakçısı olan tələbələr iştirak ediblər. Əvvəlcə, […]

“Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” – Ölkə iqtisadçıları, alimlər müzakirələr üçün AzMİU-da bir araya gəldilər

Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfrans keçirilib. Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Auditorlar Palatası, müxtəlif institutlar, elmi-tədqiqat mərkəzləri, ali təhsil ocaqlarından nümayəndələr və məruzəçilər iştirak ediblər. AzMİU-nun […]

Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Qazaxıstanın Satbayev adına Milli Elmi-tədqiqat Universiteti (Satbayev University) arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, qazaxıstanlı tələbələr ADNSU-da iki həftəlik Elmi-tədqiqat təcrübəsi keçiblər. Təcrübə müddətində – 2 həftə ərzində Satbayev adına Milli Elmi-tədqiqat Universitetinin (Satbayev University) 6 nəfər magistr tələbəsi əsasən ADNSU-nun Neft-mexanika (NMF), Geoloji kəşfiyyat (GKF) və İnformasiya […]

MDU-nun rektoru Dubayda keçirilən 6-cı “Ali Təhsil Liderlik Forumu”nda iştirak edib

2024-cü ilin 16-18 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 6-cı “Ali Təhsil Liderlik Forumu”nda (MENA) iştirak edib. Ş.Bayramov forum çərçivəsində “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: Dəyişən tələblərə adaptasiya” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. Çıxış zamanı Beynəlxalq Universitetlər Assosiasiyanın missiya və prioritetləri, universitet-cəmiyyət əməkdaşlığına dair […]

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

Aprelin 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev dərsləri”nin  növbəti  məşğələsi keçirilib. Universitetin Heydər Əliyev Mərkəzində baş tutan məşğələdə Tarix və coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisasının COG 2303 və COG 2304 qruplarının tələbələri iştirak ediblər. Dərsin əvvəlində onlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu haqqında məruzəni dinləyiblər. Məruzədə qeyd edilib ki, […]

İlahiyyat İnstitutunun rəhbərliyi Şirvanda din xadimləri ilə görüşüb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentləri maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib. Şirvan şəhər məscidində təşkil edilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi və din xadimləri iştirak ediblər. Şirvan Şəhər […]

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri ADPU-da olublar

Aprelin 19-da Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İrek Xaydaroviç, şöbə müdiri Nenaşeva Natalya Anatolyevna, baş mütəxəssisi Kondratyeva Kristina İvanovna və Azərbaycandakı Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Yakunina Lubov Timofeyevna Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar. Görüşdə ADPU–nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev və Beynəlxalq əlaqələr […]

Məktəblilər ölkəmizi Avropada təmsil edəcək

Yeddi paytaxt məktəblisi İqtisadiyyat müsabiqəsinin məktəb turunda uğurlu nəticə göstərib. Müsabiqənin məktəb turunda IX-XII sinif şagirdləri Azərbaycan, rus və ingilis dillərində onlayn imtahan veriblər. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, 310 nömrəli tam orta məktəbin şagirdi İsfəndiyar Xəlilzadə, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Nəzrin Süleymanova, 90 nömrəli tam orta məktəbin şagirdi Əli Zülfüqarov, 72 nömrəli məktəb-liseyin şagirdi […]

LDU-da maarifləndici təlim keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Beynəlxalq indekslər, elmi məqalələrin yazılması və Beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda təlim keçirilib. Təlimdə LDU-nun professor-müəllim heyəti, doktorantlar, dissertantlar, magistr və tələbələr iştirak ediblər.  Təlimçi Bakı Dövlət Universitetinin dos.Pərviz Kazımi iştirakçılara elmi məqalələrin strukturunun formalaşdırılması, beynəlxalq indekslər haqqında, beynəlxalq jurnallarda Q1, Q2, Q3 nəşrlərlə bağlı elmi jurnalların araşdırılması və seçilmə qaydaları, saxta […]

LDU  Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı keçirilib. Yığıncaq iştirakçıları ilk öncə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Hesabat seçki yığıncağını Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açıb və […]

UNEC-də yeni texnologiyaların tədqiqinə dair konfrans keçiriləcək

“Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tədqiqi” adlı konfrans keçiriləcək. Mektebgushesi.az xəbər verir ki,  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 may 2024-cü il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı ildönümü ilə əlaqədar “Fövqəlada hallarla mübarizədə yeni texnologiyaların tədqiqi” adlı XI elmi-praktik konfransı keçiriləcək. Konfransda iştirak etmək arzusunda olanlar üçün ətraflı məlumat əlavə olunur. ƏTRAFLI

“Azərbaycan dili fənninin tədrisi metodikası” bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlər başlayıb

“Azərbaycan dili fənninin tədrisi metodikası” proqramı əsasında təlimçilərin metodik bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlər (ToT) başlayıb. Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ixtisas fənni Azərbaycan dili olan təlimçilərin metodik bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə “Azərbaycan dili fənninin tədrisinin təşkili metodikası” proqramı əsasında təlimə başlanılıb. 12-13 aprel tarixində MDPİM-də baş tutan ilk seminarlar Əlavə […]

Məktəblilər Geologiya və Geofizika İnstitutunda olublar

Bakı Kaspi Beynəlxalq Məktəbinin 4-cü sinif şagirdlərindən ibarət üç qrup Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda ekskursiyada olub. İnstitutdan  bildirilib ki, məktəblilər ikigünlük ekskursiya müddətində təbii fəlakətlər və Yerin relyefində baş verən dəyişikliklər, həmçinin su ehtiyatları ilə bağlı təqdimatda iştirak ediblər. İnstitutun Seysmologiya və seysmik təhlükələr şöbəsinin müdiri Qulam Babayev və Zəlzələ dinamikasının […]

Dövlət qulluğu test imtahanına qeydiyyat davam edir

  İmtahanda iştirak etmək istəyən dövlət qulluqçuları DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidməti vasitəsilə qeydiyyatdan […]