Mektebgushesi

MDU-da “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq Elmi Konfrans işinə başlayıb

2024-cü ilin aprelin 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə təşkil etdiyi “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Hibrid formada keçirilən konfransın açılış tədbirində Azərbaycan və Türkiyənin bir sıra ali təhsil müəssisələrinin, elmi tədqiqat institutlarının və MDU-nun bir qrup […]

İlahiyyat İnstitutu rəhbərliyi Şirvan şəhərində olub

  Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. Bu istiqamətdə İnstitutun növbəti səfəri Şirvan şəhərinə olub. Şirvan Şəhər İcra Hakimiyyəti və […]

UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb

Buraxılış imtahanında 300 bal toplayan Ankara məktəb-liseyinin XI sinif şagirdi Məhəmməd Əliyev UNEC-də olub. UNEC rektoru professor Ədalət Muradovla görüşən Məhəmməd Əliyev “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ingilis dilində UNEC-də təhsil almaq istədiyini bildirib. Bacısının UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi olduğunu deyən M.Əliyev, onun müsbət rəyləri əsasında UNEC-i seçdiyini bildirib. Rektor Ədalət Muradov imtahanlarda […]

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) Polşa Respublikasının Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib. Elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. BMU-nun rektoru Yaqub Piriyev qonaqlara universitetin fakültələri, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat imkanları, nəzəriyyənin təcrübədə tətbiqinə imkan verən geniş spektrli laboratoriyaları […]

Tələbəmiz ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində təhsil alacaq

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin IV kurs tələbəsi Fuad Cəfərli İnşaat mühəndisliyi ixtisası üzrə ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində (Columbia University) magistr təhsili almaq hüququ qazanıb. Tələbəmizin təhsil alacağı Kolumbiya Universiteti Nyu-York şəhərinin mərkəzində yerləşir və ABŞ-ın “Sarmaşıq” liqasının üzvüdür. Bu liqaya ABŞ-ın ən nüfuzlu universitetləri daxildir. Kolumbiyanın illik ortalama […]

AMEA-nın prezidenti Tatarıstan Elmlər Akademiyasının institut direktoru ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Tatarıstan Elmlər Akademiyasının (Rusiya Federasiyası) Arxeologiya İnstitutunun direktoru akademik Ayrat Sıtdıkovla görüşüb. Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İsa Həbibbəyli AMEA-nın elmi istiqamətləri, xüsusilə arxeologiya və antropologiya sahəsində aparılan tədqiqatlar, Azərbaycan arxeologiyasının tarixi, əldə etdiyi nəticələr, yeni yaradılan ekspedisiyalar və onların fəaliyyəti barədə söz açıb, ölkəmizdə bu elm sahəsinin […]

Green Start Academy-nin təsis olunmasının 5 ili tamam oldu

Müasir dövrdə inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Bir sözlə, təhsilə göstərilən xidmət təqdirəlayiqdir. Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi […]

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib

  Aprelin 17-də “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, həmçinin dövlət qurumları, özəl müəssisələrin rəhbər heyəti və digər qonaqlar iştirak ediblər. Giriş nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad […]

Emin Əmrullayev: Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq

  2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində deyib. O, on ildən bəri müddət ərzində peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldığını söyləyib. “Paytaxtla […]

Elmi bazalardan effektiv istifadə ilə bağlı seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) əməkdaşların ən mötəbər elmi bazalardan effektiv istifadəsinin təmin edilməsi məqsədi ilə növbəti seminar təşkil olunub. Universitetin Elm və innovasiya məsələləri üzrə prorektorluğunun təşkilatçılığı ilə baş tutan seminarda Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva mövzunun aktuallığına toxunub. Kafedra müdiri elmi-metodiki seminarların universitetin əməkdaşları, xüsusən də elmi araşdırmalarla məşğul olan gənc alimlər üçün […]

Fərid Kərimov AzMİU yeni yaradılan Dizayn fakültəsinə dekanı seçilib

Ölkəmizdə hələ SSRİ dövründən, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayan tikinti-quruculuq işləri Azərbaycanda memarlığın, dizayn istiqamətinin inkişafı üçün əlverişli şərait yaratdı. 50 ildən çoxdur ki, davam edən bu prosesin müsbət nəticələri hiss olunmaqdadır, ölkəmizdə yüksək ixtisaslı inşaat mühəndisləri, memarlar, dizaynerlər ordusu formalaşıb ki, bu gün istənilən irihəcimli layihəni vaxtında və […]

ADPU-da akademik Vaqif Abbasovun elmi seminarı keçirilib

Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun “Qlobal ekoloji problemlər: səbəbləri, həlli yolları. Yaşıl kimya” mövzusunda elmi seminarı keçirilib. Əvvəlcə Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov qonaqlarla görüşüb. Görüşdə universitetin faydalı əməkdaşlıqlara […]

Məktəblilərin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb

Paytaxt məktəblilərinin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb. STEAM İnnovasiya Mərkəzində məktəblilər aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları ilə tanış olublar. Mərkəzə gələn şagirdlər eksponatlar haqqında məlumatlandırılıb, bələdçilərin köməyi ilə müxtəlif komandalara bölünərək oyunlar oynayıb, əylənib və öyrəniblər. Həmçinin şagirdlər onlara […]

UNEC beynəlxalq reytinqində dünya universitetləri ilə eyni qrupa daxil olub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-in (Quacquarelli Symonds) 2024-cü ilin aprel ayında açıqladığı reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yüksəltmiş UNEC, dünya universitetləri ilə eyni qrupa daxil olmaqla yanaşı, digər universitetlərdən də öndə yer alıb. Belə ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC “İqtisadiyyat və ekonometrika” fənni sahəsi üzrə Böyük Britaniyanın Aston Universiteti, Türkiyənin Sabançı […]

ADPU-nun prorektoru Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib  

Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində keçirilən görüşdə Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya Dünya Söz Akademiyasının fəxri akademik üzvlüyü diplomu təqdim olunub. Təqdimat mərasimində ADPU-nun rektoru, prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dos. Eldar Aslanov, Tədris departamentinin direktoru, dos. Sənan Əliyev, Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova, Dünya […]