Mektebgushesi

Gəncə Dövlət Universitetinin 6 əməkdaşı “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub

Birinci Qarabağ müharibəsinin veteranı olan Gəncə Dövlət Universitetinin (GDU) 6 əməkdaşı – Fikrət Hüseynov, Hüseyn Bəxtiyarlı, Zəfər Abbasov, Bəhman Kazımov, Gəncəli Tağıyev və Telman Quliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunublar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təltif olunan əməkdaşlara medal və vəsiqələrin təqdim edilməsi ilə bağlı […]

“Əqli mülkiyyət aylığı” çərçivəsində növbəti təlim keçirilib

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli mülkiyyət aylığı” çərçivəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar” mövzusunda növbəti təlim keçirilib. Agentlikdən  bildirilib ki, Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli məruzə ilə çıxış edib. O, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 17-24-cü maddələrini şərh edib, əsərlərdən şəxsi məqsədlər üçün istifadə, […]

Bu gün 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verir

  Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə – 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Laçın (şəhər 2 nömrəli və Zabux kənd […]

Təhsil işçiləri hərbi liseydə

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və Bakı şəhəri üzrə bir qrup ümumi təhsil müəssisəsinin rəhbəri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət […]

DİM imtahanları keçirən texniki bir qruma çevrilməlidir – Elşən Qafarov

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini elan etdi. DİM-in verdiyi məlumata görə bu imtahanlarda iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Və mətbuatda bu 14 nəfər yüksək nəticə göstərən ( 51 777 […]

ABŞ-nin səfirliyi GIPA jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edib

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, proqram üzrə dərslər ABŞ və Avropa universitetlərindən səfər edən müəllimlər və yerli professorlar […]

AzMİU-da Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı mövzusunda konfrans keçiriləcək

  19 aprel 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrası tərəfindən “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfrans keçiriləcək. Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda Azərbaycan […]

“2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində müsahibələrə başlanılıb

Aprelin 5-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində namizədlərlə müsahibələrin keçirilməsinə başlanılıb. Müsahibədə Dövlət Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər iştirak edirlər. Müsahibə mərhələsində Elm və Təhsil Nazirliyi, Dövlət Neft […]

“Qərbi Azərbaycana qayıdış” olimpiadası başlayır

Aprelin 27-də “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi təşkil olunacaq. Olimpiadada iştirak etmək istəyən məktəblilər aprelin 20-dək https://anket.edu.az/link/267 keçidi vasitəsilə qeydiyyatdan keçməli və ya təhsil aldıqları müəssisəyə müraciət etməlidirlər. Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. […]

Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir. İdarədən Mektebgushesi.az-a verilən məlumata görə, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər 06-22 aprel 2024-cü il tarixlərində https://anket.edu.az/link/265 portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müsabiqə 3 mərhələdən (elektron qeydiyyat, test imtahanı, müsahibə mərhələsi ) ibarətdir. Müvafiq qaydada qeydiyyatdan keçmiş […]

PISA 2025-in sınaq mərhələsi təşkil olunacaq

  May ayında PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi […]

Ceyhun Məmmədov: “Bir müddət sonra biz qərbin təhsilindən 100 il geridə qalacayıq”

Hər il ali təhsil müəssisələrində istər bakalavr, istərsə də magistratura pillələri üzrrə təhsil haqlarının artırıldığını müşahidə edirik. Mektebgushesi.az  xəbər verir ki, Millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a mövzu ilə bağlı münasibət bildirib. “Universitetlər müəllimin maaşını verə bilmir, amma təhsil haqqını artırırlar”,-deyə Milli Məclisin deputatı bildirib: “Təhsil haqlarının artırılması məsələsini universitetlər xərclərin ödənilməsi ilə əlaqələndirməyə çalışırlar. Onlar […]

Gagirdləri arasında insident baş vermiş məktəb direktoru cəzalandırıldı

“Aprelin 3-də Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin XI sinif şagirdləri arasında baş vermiş hadisə ilə bağlı bildiririk ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən regional təhsil idarəsi […]

Hərbi İnstituta I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib

Heydər Əliyev adına Hərbi İnstituta 2024/25-ci tədris ili üçün I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, əyani formada keçirilən tədris Azərbaycan dilində aparılır və təhsil müddəti beş ildir. Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 […]

Azərbaycanda yeni özəl məktəb “SABAH.school” fəaliyyətə başlayıb

Azərbaycanda yeni nəsil özəl məktəb olan “SABAH.school” fəaliyyətə başlayıb. İnnovativ təhsil metodologiyası və unikal tədris imkanları ilə fərqlənən “SABAH.school”, 2024-2025 tədris ili üçün şagird qəbuluna start verib. “SABAH.school” innovativ özəl məktəbdir. Məktəb, müasir texnologiyanı təhsilə inteqrasiya edərək şagirdlərdə innovasiya və texnologiyayönümlü bacarıqların inkişafını hədəfləyir. Məktəbin missiyası, güclü liderlərdən ibarət şagirdlər yetişdirərək, onların davamlı inkişafını təmin […]