Mektebgushesi

VIII sinif şagirdi Turqut Nəhmətli – VAXTIM OLSA (Hekayə) 

 Artıq səkkiz il idi ki, Sadiq məktəbdən məzun olmuşdu. Bəzi məyusluqlara baxmayaraq, uğurları ilə, istedı ilə sevilən və seçilən şagird idi. Bu illərdə uğurla dost olduğu kimi, uğurlularla da dost olmuşdu. Yoldaşları ilə münasibəti yaxşı olmuşdu hər zaman. Vəfalı bir dost, sirdaş olması isə onu həyatın çətinlikləri qarşısında geriyə salan amil idi. Axı, həyat amansızdır. […]

“AzTU gəncləri 2023” müsabiqəsi elan olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə “AzTU gəncləri 2023” adlı müsabiqə elan edir. AzTU-dan bildirilib ki, müsabiqə “AzTU-da ilin gənc müəllimi”, “İlin peşəkar gənci”, “İlin gələcək vəd edən gənci” nominasiyaları üzrə keçirilir. Məlumatların qəbulu yanvarın 28-dək davam edəcək.

Buxara Dövlət Universitetinin rektoru BDU-da

  Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistan Respublikasının Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidovla görüşüb. Görüşdə ötən ilin sentyabrın 7-də BDU ilə Buxara Dövlət Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanan tərəfdaşlıq müqaviləsində nəzərdə tutulan işlərin gedişi müzakirə olunub. Rektor Elçin Babayev qonağa BDU-nun “Tədqiqat universiteti” […]

“Qarabağnamə İntellektual Oyunlar Kuboku” layihəsi başa çatıb

Goranboy rayonunda keçirilən “Qarabağnamə İntellektual Oyunlar Kuboku” layihəsi uğurla  başa çatdı. Layihəyə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır 2022” fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi Göygöl rayon M.Qəhrəmanov adına Göyçəkənd kənd tam orta məktəbinin gənc coğrafiya müəllimi Anar Əliyev rəhbərlik etdi. Layihənin  ilk günündə komandalar “Nə? Harada? Nə zaman?” oyunu üzrə mübarizə apardılar, turnirin […]

BMU-da imtahan sessiyasının gedişi izlənilib

Bakı Mühəndislik Universitetində (BMU) cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, artıq dördüncü həftədir davam etməkdə olan imtahanların gedişini növbəti dəfə yaxından izləyən BMU-nun rektoru, professor Havar Məmmədov tələbələrlə səmimi söhbət aparıb, onların bütövlükdə imtahan prosesi ilə bağlı fikirlərini öyrənib. Tələbələrin bilik və bacarıqlarının obyektiv […]

Məktəblərdə psixoloq qıtlığı

  Təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm və əhəmiyyətli rolu var. ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç, İspaniya və Türkiyə kimi ölkələrin məktəblərində iki, üç psixoloq xidmət göstərir. Mütəxəssislərin fikrincə, uşaqların müəyyən psixoloji çətinliklərinin öhdəsindən gəlmələri üçün öz sənətinin peşəkarı olan psixoloqlarla daha tez-tez təmas qurulması vacibdir.  Rəsmi məlumata görə, hazırda ölkə üzrə ümumi təhsil […]

UNEC-də Xanım Tədqiqatçılar Şurası fəaliyyətə başlayıb

  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xanım Tədqiqatçılar Şurası (XTŞ) fəaliyyətə başlayıb. UNEC-dən bildirilib ki, şura ictimai, siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elm və təhsil layihələri üzrə ölkə daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir. XTŞ-nin yaradılmasında məqsəd sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq […]

Valideynlər növbəti dəfə imtahan prosesini izləyiblər

  2023-cü ilin yanvarın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib. Əvvəlcə, universitetin rəhbər və inzibati heyət üzvləri valideynlərlə söhbət aparıb, onlara imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları, müraciətlərə çevik baxılması mexanizmləri və bugünədək olan imtahan nəticələri barədə ətraflı məlumat veriblər. Sonra, valideynlər […]

BDU-da Yunus Əmrə İnstitutunun nümayəndələri ilə görüş

  Bakı Dövlət Universitetinin rektoru (BDU) Elçin Babayev Türkiyə Respublikasının Yunus Əmrə İnstitutunun vitse-prezidenti Yalçın Kutalmış və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçla görüşüb. BDU-nun rektoru Elçin Babayev görüşdə Universitetin beynəlxalq əlaqələrindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri, o cümlədən Türkiyə universitetləri ilə ikitərəfli əməkdaşlığından danışıb. Rektor qardaş ölkələr arasında getdikcə daha da artan işbirliyinin […]

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir

  Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin 05 yanvar tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. 16-22 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 178 qrup üzrə 3341 tələbə ümumilikdə 298 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 98,6% olub. […]

İdman müəllimi evdə ölü tapılıb – FOTO

Salyanda idman müəllimi evdə ölü tapılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, hadisə rayonun Kürkənd kəndindəki evlərdən birində baş verib. 32 yaşlı kikboksinq üzrə idman müəllimi Alışov Fərid Xalid oğlunun meyiti evdə tapılıb. Fərid Alışovun ölüm səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının yeni nömrəsi çap olunub

Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik nəşrinin növbəti nömrəsi çap olunub. Bu barədə jurnalın baş redaktor əvəzi Böyükağa Mikayıllı redaksiyamıza məlumat verib. Qeyd edək ki, jurnalın son sayında B.Mikayıllının “Məktəbəqədər təhsil: dünya təcrübəsi – tarixi və müasir aspekt”, pedaqogika üzrə fəlsəfə doktoru Şərafət Baxışovanın “Məktəbəqədər təhsilin məzmununa yeni yanaşmalar”, pedaqogika […]

Məktəbin nüfuzunun artırılması ilə bağlı yeni layihəyə başlanılır

  Elm və Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına başlanılıb. Mektebgushesi.az  xəbər verir ki, layihənin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq, effektiv məktəb mühitini formalaşdırmaqdır. […]

“Müəllim şagirdlərinə sevgi ilə yanaşmalıdır”

Leyla Rzayeva: “Mənim üçün xoşbəxtlik şagirdlərimin nailiyyət əldə etməsidir” Leyla Rzayeva Göygöl rayon Köşkü kənd tam  orta məktəbində coğrafiya  müəllimi işləyir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Göygöl rayonu üzrə koordinatorudur. Müəllim kimi ictimaiyyət arasında böyük hörmət sahibidir. – Leyla xanım, müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nədir? – Maraqlı sualdır. İlk yol göstərənim  valideynlərim olub. Valideynlərim həmişə […]

Paytaxt məktəbində “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib

Paytaxtdakı Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Vətən Müharibəsi iştirakçısı Emin Həsənov, şəhid Ceyhun Nəhmətovun atası Etiqat Nəhmətov, “Unity company” şirkətinin direktoru  […]