Mektebgushesi

Məktəblilərin Poeziya Klubu layihəsinin iştirakçıları növbəti görüşünü keçirib

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi üzrə Məktəblilərin Poeziya Klubu layihəsinin iştirakçıları Gəncə şəhər M.Hadi adına 10 nömrəli orta məktəbdə növbəti görüş keçirilib. Layihə iştirakçılarıyla bu görüşə Azərbaycan Yazıçılar Birliyinin üzvü Eltun Turkel qatıldı. İlk öncə şagirdlərin yazı nümunələrini dinləyən Eltun Türkel onların şeirin mövzusunun ərsəyə gəlmə düşüncələriylə tanış […]

Azərbaycanda məktəbli qız zorlanıb?

Azərbaycanda rayonların birində məktəbli qız zorlanıb. Lent.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkədə yayılıb. İddialara görə, məktəbli qız 25 yaşlı sabiq bank əməkdaşı tərəfindən zorlanıb. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsinə müraciət daxil olub: “İstintaq araşdırmaları aparılır. Müvafiq ekspertiza təyin edilib”.

BŞTİ: 59 nömrəli məktəbdəki hadisənin araşdırılmasına dair tapşırıq verilib

Paytaxtdakı 59 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə qarşı şiddət göstərməsi ilə bağlı yayılan videogörüntü ilə əlaqədar məktəbdaxili araşdırmanın aparılmasına dair tapşırıq verilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edək ki, məktəbin və müəllimin nüfuzuna xələl gətirən, tədris prosesinə uyğun olmayan bu kimi hallar […]

Müəllim və şagirdlər arasındakı insidentlə bağlı yayılan görüntüyə aydınlıq gətirilib – VİDEO

19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb. Mektebgushesi.az  APA – ya istinadən xəbər verir ki, müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, […]

Nadir İsrafilov: “Dinin ayrıca fənn kimi tədrisi ayrı şeydir, dini təhsilin verilməsi tamam başqa şey.”

  Din xalq üçün tiryəkdir, yoxsa mənəvi dəyərlərdən biri? Bu günlərdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin  üzvü Ceyhun Məmmədov bildirib ki, təhsil ocaqlarında dinlər haqqında məlumat verilməsinə ehtiyac var: “Burada əsas hədəf və məqsəd gənclərə dinlər haqqında məlumat verməkdir. Bu məlumatlar ona görə verilməlidir ki, gənclərin zərərli təriqət və dinlərin mahiyyəti barədə təsəvvürləri […]

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat aparılır

  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə fevralın 12-də keçiriləcək test imtahanına qeydiyyat davam edir. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 1-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu […]

ADPU-nun prorektoru Eldar Aslanov: “Ölkəmizə xidmət bizim milli borcumuzdur”

Türkiyədə təhsil alaraq dünyanın müxtəlif ölkələrində karyeralarını davam etdirən “Türkiyə Məzunları” İstanbulda “Türkiyə Məzunları Forumu – 2023”-də bir araya gəliblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi, Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən foruma 60 ölkədən ali təhsilini Türkiyədə başa vurmuş 200 məzun qatılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris […]

ADNSU-nun təcrübə keçən tələbələrinə sertifikatlar verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Metak” şirkətində təcrübə keçmiş tələbələrə sertifikatlar təqdim olunub. Bu barədə Mektebgushesi.az –ə ADNSU-dan məlumat verilib. Professor-müəllim heyətinin və şirkət əməkdaşlarının iştirak etdiyi təqdimat mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə tətbiq olunan yeni tədris proqramları, ikili diplom layihələri və kadr hazırlığı haqqında məlumat verib. İnnovasiyalardan və startap layihələrindən danışan […]

Kəndləri gəzərək pulsuz kitab paylayan müəllim: “Maaşım çox deyil, repetitorluq  da edirəm ki…”

İcbari olması Azərbaycan təhsilinin ən müsbət cəhətlərindən biridir. Şagirdlərdə isə təhsilə maraq, sevgi oyadan məktəb, müəllimlər və valideyndir. Məhz bu məqsədlə onlar əlindən gələni etməlidirlər ki, övladları savadsız olmasın, təhsil alsın. Bir çox müəllimlərimiz var ki, bu işin öhdəsindən layiqincə gəlir. Jurnalıst Nigar Abdullayevanın müsahibi Yardımlı rayonu Vərgədüz kənd tam orta məktəbinin müəllimi Türkel Tağızadədir: […]

Qırmızı diplom tələbələrə hansı üstünlüklər verir?

Bu gün universitetlərdə verilən qırmızı diplomlar tələbələrə nə vəd verir? Bu yaxınlarda mənə bir xanım müraciət etmişdi, ali məktəbi qırmızı diplomla bitirmişdi. O tələbənin indi nə üstünlüyü var?” Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri iclasında deputat Rauf Əliyev bildirib. Millət vəkili “Biz bu məsələni araşdırdıq, gördük ki, qırmızı və göy diplomun heç […]

Müəllimin şagirdi döyüb təhqir etməsi ilə bağlı daha bir video yayıldı

  Azərbaycanda daha bir müəllim şagirdə qarşı şiddət tətbiq edib. Mektebgushesi.az xəbər verir ki, videoda müəllimin dərs zamanı şagirdlərə nəzarəti itirdiyi görünür. Müəllim nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr işlədir və onları döyür. Biabırçı görüntülərin yayıldığı sözügedən videoya bu keçid vasitəsi ilə baxa bilərsiz: https://baku.tv/hadise/azerbaycanda-mektebde-boyuk-r-zal-t-muellim-sagirdleri-doydu   Baku.ws  

İranda məktəbli qızlar intihara cəhd etdilər – VİDEO

İranda təxminən 15 yaşında olan iki məktəbli qız intihara cəhd edib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, hadisə Sənəndəc şəhərində baş verib. Yeniyetmələr körpüdən tullanmaqla canlarına qəsd etmək istəyiblər. Həmin vaxt oradan keçən avtomobil sürücüsü qızlardan birinə mane ola bilib, ancaq ikinci qız özünü atıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Tanınmış şairə vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) dünyasını dəyişib. Mektebgushesi.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu “Cavanşir yurdu” rayon […]

Məktəbliyə qeyri-etik hərəkət edən şəxsin saxlanılma detalları: Görkəmini dəyişibmiş – FOTO/VİDEO

Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev  bildirib ki,  “O, təcrübəli […]

Bakıda məktəbli qardaşı ilə birləşib yuxarı sinif şagirdini döydü

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirdin döyüldüyü iddia edilib. Bu barədə 27 nömrəli tam orta məktəbdə təhsil alan R.E.-nin valideyni sosial şəbəkələrdə məlumat paylaşıb. Valideyn iddia edib ki, oğlu bir qrup şəxs tərəfindən planlı şəkildə vəhşicəsinə döyülüb: “Yanvarın 13-də oğlumla digər sinfin şagirdləri arasında münaqişə baş verib. Daha sonra məktəbin müəllimləri onları barışdırmağa çalışsa […]