Mektebgushesi

Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb. Səfiri universitetdə görməkdən məmnun olduğunu deyən rektor, tələbələrin ərəb dilinə olan marağı haqqında danışıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağını diqqətə çatdırıb. Görüşdə ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində fikir mübadiləsi […]

Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçiriləcək – FOTO

“QadinFest” və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar saat 12:00-18:00-dək Bakı Dəniz Vağzalı (Neftçilər prospekti 62) nəzdində İncəsənət Mərkəzində “Qadınlar STEM”də adlı möhtəşəm Festival keçiriləcək. “STEM-Science” (Təbiət elmləri), “Technology” (Texnologiya), “Engineering” (Mühəndislik) və “Math” (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranıb. Siz əlbəttə ki, festival nə üçün “Qadınlar STEM-də” adlanır deyə soruşacaqsınız, axı bu sahədə həm kişi, həm də […]

AzTU-nun professoru Yaponiyada beynəlxalq elmi konfransda iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici Dil Texnologiyaları İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Əfqan Abdullayev Yaponiyada keçirilən “Elmi irəliləyişlər və innovativ yanaşmalar” (Scientific advances and innovative approaches) adlı II beynəlxalq elmi konfransda iştirak edib. Mektebgushesi.az xəbər verir ki, AzTU-nun professoru konfransda “Koqnitiv dilçilik olduğu kimi” (Cognitive linguistics as it is) mövzusunda məruzə ilə çıxış edib. Onun […]

Müəllimlərin maaşları nə zaman artacaq?

“Mövzudan asılı olmayaraq, ən çox verilən sual məhz müəllimlərin əməkhaqlarının nə zaman artması ilə bağlıdır. Sosial şəbəkədə birbaşa yazıb sual ünvanlayanların böyük əksəriyyəti məhz bu məsələni öyrənmək istəyir”. Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb. O qeyd edib ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əməkhaqları yanvarın […]

Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı Təbrizdə çap olunub

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı Təbrizdə çap olunub. Kitab əski əlifbaya güneyli soydaşımız Qadir Cəfəri tərəfindən köçürülüb. Yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı […]

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib. Test imtahanının nəticələrinə əsasən, müvafiq  balı toplamış 115 namizəd müsabiqənin şifahi müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. […]

Xəzər Universitetinin nümayəndə heyətinin Türkiyədə görüşləri davam edir

  Gənclər və İdman nazirliyinin Kırşehir rayon rəhbərliyi “Türkiyə-Azərbaycan gənclərinin mübadilə” proqramı çərçivəsində Xəzər Universitetinin nümayəndə heyətini qəbul etdi. Gənclər və İdman nazirliyi Kırşehir İl müdürü Numan Nafiz Şahin qonaqları salamlayaraq, Kırşehirdə görüşməsindən məmnun olduğunu bildirdi. Proqramda aktiv iştiraklarına görə tələbələrə dərin təşəkkürünü bildirdi. Nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli Gənclər və İdman nazirliyi Kırşehir İl […]

Mingəçevirdə məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi keçirilib

Yanvarın 25-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan direktorların biliyinin diaqnostik qiymətləndirilməsi imtahanı keçirilib. Mektebgushesi.az xəbər verir ki, Mingəçevir şəhəri R.Muradov adına Texniki humanitar liseydə təşkil olunan imtahanda 300 məktəb direktoru iştirak edib. İmtahan zamanı məktəb direktorlarına 90 dəqiqə müddətində təhsil və əmək qanunvericiliyi üzrə 40 sual təqdim olunub. Diaqnostik […]

Paytaxt məktəblərində “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə start verilib  

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb. Əmrə əsasən, “Heydər Əliyev İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi […]

ARTİ əməkdaşları beynəlxalq PMP sertifikatı qazanıblar

ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Zeynəb Əmiraslanova və Təhsildə strateji tədqiqatlar şöbəsinin aparıcı mütəxəssisi Heydər Rzayev layihələrin idarə olunması sahəsində beynəlxalq PMP (Project Management Professional) sertifikatını ilk cəhdlərində ən yüksək nəticə ilə əldə ediblər. Mektebgushesi.az xəbər verir ki, bu sertifikat layihə idarə olunması sahəsində qızıl standard hesab olunur və əldə edən şəxslərin komanda və proseslərin […]

İş yerinin qarşılıqlı dəyişdirilməsi üçün 42 müəllim dəvət olunub

  Yanvarın 25-də müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin sənədlərin yoxlanışı mərhələsi həyata keçirilib. Bu barədəTəhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, sənədlərin yoxlanışına iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş 42 müəllim dəvət olunub.      

Bakıda məktəb müəllimi vəfat etdi – FOTO

Bakıda məktəb müəllimi vəfat edib. 284 saylı tam orta məktəbin müəllimi Ağayeva İndira Aydəmir qızı bu gün dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 1971-ci il təvəllüdlü müəllimin ölüm səbəbinin xərçəng xəstəliyi olduğu bildirilir. Qeyd edək ki, Ağayeva İndira sözügedən təhsil ocağında Kimya fənnini tədris edirdi.  

Qanada məktəbliləri daşıyan qayıq batdı

Qanada Volta gölündə məktəbliləri daşıyan qayığın batması nəticəsində səkkiz uşaq həlak olub. Bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Təşkilatı məlumat yayıb. Ölənlər arasında 5-12 yaş arasında beş oğlan və üç qız var. Ümumilikdə gəmidə 20 məktəbli olub. Onlar gölün o tayında yerləşən təhsil müəssisəsinə doğru gediblər. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Mənbə: […]

Rusiyada şagird yatmış ananı çəkiclə öldürüb

Volqoqradda 15 yaşlı yeniyetmə anasını öldürməkdə şübhəli bilinir. O, qadını yatarkən çəkiclə vurub. Kanatçikov prospektində yerləşən evin mənzillərindən birində 42 yaşlı qadının meyiti tapılıb. “25 yanvar 2023-cü il tarixində səhər saatlarında 15 yaşlı yeniyetmə çəkic götürərək yatmış anasının baş nahiyəsinə 10-a yaxın zərbə endirib. Bundan sonra azyaşlı bıçağı götürərək qadının boynuna bir zərbə endirib”, – […]

Zərrədən kürrəyə – mərrə-mərrə, zərrə-zərrə

(Ustad Cahangir Məmmədlinin doğum gününə) Torpaq – çörəkdir. Ona binaən ki, müqəddəsdir… Atalarımız demişkən “Torpaq payı – çörək payıdır!” Üç on ildə düşmən torpaqla bərabər, çörəyimizi də əlimizdən aldı. Tanrı evini – məscidi, çörək evini – “Ağdam Çörək Muzeyini” dağıtdı. Milyonlarla insanı yurd-yuvasız qoyan qara donlu kafirlər camaatın elinə, evinə təpili-tıxılı soxuldular, sömürdülər, var-dövlətimizi gözlərinə […]