Mektebgushesi

Gömrük Akademiyasında ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığı ilə görüş keçirilib

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbərliyi və Koreyanın “HO Entertainment Corp” şirkətinin nümayəndələri Akademiyaya səfər ediblər. Akademiyada gömrük əməkdaşları üçün təşkil edilən və “HO Entertainment Corp” şirkəti tərəfindən təchiz edilən “ÜGT Virtual Reallıq Təlim Proqramı” çərçivəsində baş tutan görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Ümumdünya Gömrük Təşkilatı (ÜGT) […]

ADPU-da Beynəlxalq Astronavtika Konqresi ilə bağlı məlumatlandırıcı görüş keçirilib

Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının tələbələrinin Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təhsil və tanıtım üzrə meneceri İmran Muxtarovla görüşü keçirilib. Görüşdə Yerin müşahidəsi, rabitə, naviqasiya, insanın kosmosa uçuşu və kiçik peyklər, hazırkı və gələcək əməliyyat tətbiqləri,  təhsil, siyasət, iqtisadiyyat, tarix və hüquq da daxil olmaqla […]

Rusiyada direktor müavini məktəbliləri qayışla döydü – VİDEO

Rusiyada məktəbdə direktor müavininin uşaqları qayışla vurması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Hadisə Ust-Labinskdə baş verib. Məlumata görə, tərbiyə işləri üzrə direktor müavini səs-küyün çox olduğu sinfə daxil olub. Onlarla bir az mübahisədən sonra uşaqlar cəza olaraq “onları döyməyi” təklif ediblər, üstəlik kəməri müəllimə veriblər. Müəllim razılaşıb və iki şagirdin hər birinə beş qayış zərbəsi vurub. Video […]

Azərbaycanda alimlərin vahid reyestrinin yaradılması təklif olunur

“Hazırda ölkə mi̇qyasinda elm sahələri̇, onlarin çərçi̇vəsi̇ndə elmi̇ i̇sti̇qamətlər, elmi̇ problemlər, elmi̇ mövzular, elmi̇ fəali̇yyətlə məşğul olan müəssi̇sələr, ali̇mlər və s. haqqinda vahi̇d reyestr mövcud deyi̇l”. Mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib. R.Əliquliyevin sözlərinə görə, bu səbəbdən də elmi tədqiqatlar zamanı koordinasiya pozulur: “Bunun da […]

Bu gün Beynəlxalq Təhsil Günüdür

Bu gün – yanvar ayının 24-ü hər il dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd edilir. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. Mektebgushesi.az  xəbər verir ki, bu il Beynəlxalq Təhsil Günü ötən illərlər müqayisədə tamam fərqli “Kursun dəyişdirilməsi, təhsilin yenilənməsi” devizi altında […]

ABŞ-da məktəbdə atışma zamanı 2 şagird ölüb

ABŞ-ın Ayova ştatının Des Moines şəhərində məktəbdə atışma olub. ABŞ-ın Ayova ştatında məktəbdəki atışmada yaralanan iki şagird ölüb. Bu barədə yerli polis məlumat verib. Yaralı olan bir müəllimin isə vəziyyəti ağır qiymətləndirilir.  

İsraildə şagird müəllimi döydü, məktəb bağlandı

Qüds bölgəsindəki Əbu Qoş qəsəbəsindəki orta məktəbin şagirdi müəllimə hücum edib onu döyüb. Polis yanvarın 23-də baş vermiş hadisənin səbəbkarını saxlayıb. Axtarış zamanı 17 yaşlı yeniyetmənin üzərindən dəmir beşbarmaq və bibər qazı qazı tapılıb. Xəsarət alan müəllimə tibbi yardım üçün xəstəxanaya yerləşdirilib. İnsidentə cavab olaraq müəllimlərin həmkarlar ittifaqı məktəbin dərhal iki gün müddətinə bağlandığını elan […]

ARTİ-nin şöbə müdiri – Mətndə müəllif məqsədi nədir

 Hər bir mətnin yazılması müəllifin ritorik mövqeyinin müəyyənləşdirməsindən başlayır. Ritorik mövqeyi müəyyənləşdirmək aşağıdakı suallara cavab verməkdir: Mən nə haqqında yazıram? Mətni yazmaqda məqsədim nədir? Yazdığım mətni kimlər oxuyacaq? Fikirlərimi necə və hansı formada təqdim etməliyəm? Birinci sualın cavablandırılması mətnin mövzusunu müəyyənləşdirir. Mətndə müəllif məqsədi isə mətnin yazılmasının səbəbidir.  Müəllifin ritorik hədəfini – oxucu auditoriyasını seçməsi […]

Azərbaycan və Moldova arasında təhsilin inkişaf perspektivləri müzakirə olunub

  Elm və təhsil naziri Emin Əmrullayev Moldovanın Azərbaycana yeni təyin olunmuş səfiri Aleksandr Esaulenko ilə görüşüb. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Misir Mərdanov müəllim-şagird qarşıdurmasından danışdı – VİDEO

“Həm şagird, həm valideyn, həm də cəmiyyət müəllimə hörmət etməlidir”. Bunu müəllim-şagird qarşıdurması ilə bağlı Baku TV-yə danışan sabiq təhsil naziri Misir Mərdanov deyib. O qeyd edib ki, hər məsələni şişirdib müəllimi günahlandırmaq olmaz. “Müəllimə hörmətsizlik etmək, əsəbiləşdirmək olmaz. Çünki hər insanın səbri var. Səbri tükənəndə istənilən halda başqa addımlar atmalı olur”, – deyə M.Mərdanov vurğulayıb. […]

VIII sinif şagirdi Turqut Nəhmətli – VAXTIM OLSA (Hekayə) 

 Artıq səkkiz il idi ki, Sadiq məktəbdən məzun olmuşdu. Bəzi məyusluqlara baxmayaraq, uğurları ilə, istedı ilə sevilən və seçilən şagird idi. Bu illərdə uğurla dost olduğu kimi, uğurlularla da dost olmuşdu. Yoldaşları ilə münasibəti yaxşı olmuşdu hər zaman. Vəfalı bir dost, sirdaş olması isə onu həyatın çətinlikləri qarşısında geriyə salan amil idi. Axı, həyat amansızdır. […]

“AzTU gəncləri 2023” müsabiqəsi elan olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə “AzTU gəncləri 2023” adlı müsabiqə elan edir. AzTU-dan bildirilib ki, müsabiqə “AzTU-da ilin gənc müəllimi”, “İlin peşəkar gənci”, “İlin gələcək vəd edən gənci” nominasiyaları üzrə keçirilir. Məlumatların qəbulu yanvarın 28-dək davam edəcək.

Buxara Dövlət Universitetinin rektoru BDU-da

  Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistan Respublikasının Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidovla görüşüb. Görüşdə ötən ilin sentyabrın 7-də BDU ilə Buxara Dövlət Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanan tərəfdaşlıq müqaviləsində nəzərdə tutulan işlərin gedişi müzakirə olunub. Rektor Elçin Babayev qonağa BDU-nun “Tədqiqat universiteti” […]

“Qarabağnamə İntellektual Oyunlar Kuboku” layihəsi başa çatıb

Goranboy rayonunda keçirilən “Qarabağnamə İntellektual Oyunlar Kuboku” layihəsi uğurla  başa çatdı. Layihəyə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır 2022” fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi Göygöl rayon M.Qəhrəmanov adına Göyçəkənd kənd tam orta məktəbinin gənc coğrafiya müəllimi Anar Əliyev rəhbərlik etdi. Layihənin  ilk günündə komandalar “Nə? Harada? Nə zaman?” oyunu üzrə mübarizə apardılar, turnirin […]

BMU-da imtahan sessiyasının gedişi izlənilib

Bakı Mühəndislik Universitetində (BMU) cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, artıq dördüncü həftədir davam etməkdə olan imtahanların gedişini növbəti dəfə yaxından izləyən BMU-nun rektoru, professor Havar Məmmədov tələbələrlə səmimi söhbət aparıb, onların bütövlükdə imtahan prosesi ilə bağlı fikirlərini öyrənib. Tələbələrin bilik və bacarıqlarının obyektiv […]