Mektebgushesi

Məktəblərdə psixoloq qıtlığı

  Təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm və əhəmiyyətli rolu var. ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç, İspaniya və Türkiyə kimi ölkələrin məktəblərində iki, üç psixoloq xidmət göstərir. Mütəxəssislərin fikrincə, uşaqların müəyyən psixoloji çətinliklərinin öhdəsindən gəlmələri üçün öz sənətinin peşəkarı olan psixoloqlarla daha tez-tez təmas qurulması vacibdir.  Rəsmi məlumata görə, hazırda ölkə üzrə ümumi təhsil […]

UNEC-də Xanım Tədqiqatçılar Şurası fəaliyyətə başlayıb

  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xanım Tədqiqatçılar Şurası (XTŞ) fəaliyyətə başlayıb. UNEC-dən bildirilib ki, şura ictimai, siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elm və təhsil layihələri üzrə ölkə daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir. XTŞ-nin yaradılmasında məqsəd sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq […]

Valideynlər növbəti dəfə imtahan prosesini izləyiblər

  2023-cü ilin yanvarın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib. Əvvəlcə, universitetin rəhbər və inzibati heyət üzvləri valideynlərlə söhbət aparıb, onlara imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları, müraciətlərə çevik baxılması mexanizmləri və bugünədək olan imtahan nəticələri barədə ətraflı məlumat veriblər. Sonra, valideynlər […]

BDU-da Yunus Əmrə İnstitutunun nümayəndələri ilə görüş

  Bakı Dövlət Universitetinin rektoru (BDU) Elçin Babayev Türkiyə Respublikasının Yunus Əmrə İnstitutunun vitse-prezidenti Yalçın Kutalmış və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçla görüşüb. BDU-nun rektoru Elçin Babayev görüşdə Universitetin beynəlxalq əlaqələrindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri, o cümlədən Türkiyə universitetləri ilə ikitərəfli əməkdaşlığından danışıb. Rektor qardaş ölkələr arasında getdikcə daha da artan işbirliyinin […]

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir

  Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin 05 yanvar tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. 16-22 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 178 qrup üzrə 3341 tələbə ümumilikdə 298 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 98,6% olub. […]

İdman müəllimi evdə ölü tapılıb – FOTO

Salyanda idman müəllimi evdə ölü tapılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, hadisə rayonun Kürkənd kəndindəki evlərdən birində baş verib. 32 yaşlı kikboksinq üzrə idman müəllimi Alışov Fərid Xalid oğlunun meyiti evdə tapılıb. Fərid Alışovun ölüm səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının yeni nömrəsi çap olunub

Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik nəşrinin növbəti nömrəsi çap olunub. Bu barədə jurnalın baş redaktor əvəzi Böyükağa Mikayıllı redaksiyamıza məlumat verib. Qeyd edək ki, jurnalın son sayında B.Mikayıllının “Məktəbəqədər təhsil: dünya təcrübəsi – tarixi və müasir aspekt”, pedaqogika üzrə fəlsəfə doktoru Şərafət Baxışovanın “Məktəbəqədər təhsilin məzmununa yeni yanaşmalar”, pedaqogika […]

Məktəbin nüfuzunun artırılması ilə bağlı yeni layihəyə başlanılır

  Elm və Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına başlanılıb. Mektebgushesi.az  xəbər verir ki, layihənin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq, effektiv məktəb mühitini formalaşdırmaqdır. […]

“Müəllim şagirdlərinə sevgi ilə yanaşmalıdır”

Leyla Rzayeva: “Mənim üçün xoşbəxtlik şagirdlərimin nailiyyət əldə etməsidir” Leyla Rzayeva Göygöl rayon Köşkü kənd tam  orta məktəbində coğrafiya  müəllimi işləyir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Göygöl rayonu üzrə koordinatorudur. Müəllim kimi ictimaiyyət arasında böyük hörmət sahibidir. – Leyla xanım, müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nədir? – Maraqlı sualdır. İlk yol göstərənim  valideynlərim olub. Valideynlərim həmişə […]

Paytaxt məktəbində “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib

Paytaxtdakı Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Vətən Müharibəsi iştirakçısı Emin Həsənov, şəhid Ceyhun Nəhmətovun atası Etiqat Nəhmətov, “Unity company” şirkətinin direktoru  […]

Paytaxt məktəbləri şagird və məzunlarının uğur hekayələri – Məktəbli STARTAPÇILAR

  Məlum olduğu kimi, ötən ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən “Məktəbli startapçılar” adlı layihəyə start verilib. Layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunub. Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə məlumat veriblər. Layihənin […]

Magistratura səviyyəsi üzrə sınaq imtahanında iştirak edəcək bakalavrların nəzərinə!

  Sınaq imtahanı yanvarın 29-da keçiriləcək. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanında iştirak edəcək  bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Məlum olduğu kimi, sınaq imtahanı 2023-cü il yanvarın 29-da keçiriləcək. “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin […]

“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına start verildi

Gənc Mühasiblər İctimai Birliyinin “Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına başlanıldı. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Belə ki, Layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş […]

Valideynlər şagirdləri döyən müəllimədən üzr istədilər – VİDEO

Sinifdə dərs zamanı nadinc şagirdlərə əl qaldıran müəllimin görüntüləri 2 gündür sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin yarısı müəllimi, yarısı isə şagirdləri günahlandırırlar. Bəs əslində məsələ necədir? Xezerxeber.az-ın məlumatına görə, görüntülər paytaxtdakı 59 saylı tam orta məktəbin 6C sinfində qeydə alınıb. Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı […]

Azərbaycanın ilk maarifçi qadınlardan biri – Həmidə Cavanşir

  Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materialları fondunda Azərbaycanın ilk maarifçi qadınlarından biri, tərcüməçi, xeyriyyəçi Həmidə Cavanşir-Məmmədquluzadəyə aid foto qorunur. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Həmidə Cavanşir 1873-cü ildə Şuşada tarixçi Əhməd bəy Cavanşirin ailəsində dünyaya gəlib. İlk təhsilini evdə alan Həmidə Cavanşir yüksək intellektə, geniş dünyagörüşünə malik olub. Həmidə Cavanşir Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, […]