Mektebgushesi

Elm və təhsil naziri ikinci “Yüksəliş” müsabiqəsi qaliblərinin təkliflərini dinləyib

  Elm və təhsil naziri Emin Əmrullayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Mektebgushesi.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər. Elm və təhsil […]

BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin ilk təlimi keçirilib

  Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İnnovativ gənc mühəndislər” layihəsinin ilk təlimi keçirilib. Layihə rəhbəri Orxan Güləhmədov təlimdə iştirak hüququ qazanmış gəncləri təbrik edib, layihənin seçim turları, qaliblərin seçilməsi prinsipləri barədə ətraflı məlumat verib. BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri Mustafa Muradov, […]

Yanvarın 26-da GRE imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində yanvarın 26-da GRE imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2023-cü il yanvarın 26-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi […]

Kürdəmirdə müəllim vəfat edib – FOTO

Kürdəmir rayon Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin müəllimi dünyasını dəyişib. Mektebgushesi.az xəbər verir ki, bu barədə məktəbin feysbuk səhifəsində məlumat paylaşılıb. “Yaxın günlərdə məktəbimizin tarix müəllimi Kərimov Bəxtəvər müəllim vəfat edib. Allah rəhmət eləsin”, – deyə paylaşımda qeyd olunub.(Tehsil.biz)

Şagirdləri döyən müəllim danışdı – VİDEO

Sosial şəbəkələrdə müəllimin sinifdə dərs zamanı şagirdləri ələ ala bilməməsi, onlara qarşı təzyiq göstərməsinin əks olunduğu görüntülər yayılıb. Yayılan görüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb, Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə məktəbdaxili araşdırmanın aparılmasına dair tapşırıq verib. “Xəzər Xəbər” videonun çəkildiyi 59 saylı tam orta məktəbdə olub, mövzu ilə bağlı müəllimin, şagirdlərin və […]

Ceyhun Məmmədov: Məktəblərdə müəllim-şagird qarşıdurmasının qarşısını almaq üçün nə etməliyik?

19.01.2023-cü il tarixində   Bakıda 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminin VI sinif şagirdlərinə qarşı zor tətbiq etməsi məktəblərimizdə müəllim şagird münasibətlərinin ürəkaçan vəziyyətdə olmadığını bir daha göstərdi. Əlbəttə bu yazıda yalnız müəlliməni günahkar çıxarmaq fikrim yoxdur. Ola bilsin şagirdlər müəlliməni əsəbləşdiriblər. Ancaq heç bir halda müəllim müəllim adına yaraşmayan davranışa […]

  IX sinif şagirdi yazır – Texnologiya – SEHR

  Arthur Clarke’ın bir sözü var: “Yetərli qədər inkişaf etmiş texnologiyanın sehrdən fərqi yoxdur”. Əlimizdə tutduğumuz kiçik bir cihazın bizə nələr verə biləcəyini ya da nələr ala biləcəyini bilirikmi? Mən tez-tez eşitdiyim məsləhətlərdən danışmıram. Telefonun gözlərimizə vurduğu ziyanından da danışmıram.  Sadəcə texnologiyanı  yaxşı tanımalıyıq ki, lazım gəldikdə onlarla döyüşə bilək. İlk olaraq heç birimiz vatsap, […]

Magistratura səviyyəsinə sınaq imtahanında iştirak etmək üçün qeydiyyat davam edir

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il 29 yanvar tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, sınaq imtahanında iştirak etmək istəyənlər 2023-cü il 15 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında […]

“Region gənclərinin Karyera Qış Məktəbi” layihəsinin icrasına başlanılıb

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin Karyera Qış Məktəbi” layihəsinin icrasına başlayıb. Layihənin icra müddəti 3 ay olmaqla Zərdab və Ucar rayon gəncləri üçün həyata keçiriləcəkdir. Layihə çərçivəsində region gəncləri 3 günlük Karyera Qış Məktəbində iştirak edəcəklər. Məktəb zamanı gənclər karyera yüksəlişinə kömək edəcək müxtəlif yönümlü təlimlərdən və uğurlu […]

Nobel mükafatı alan bakılı alim – Lev Landau

  Yanvarın 22-si Lev Landaunun doğum günüdür Dünyaşöhrətli fizik, Nobel mükafatı laureatı, bakılı Lev Davidoviç Landaunun anadan olmasından 115 il keçir. Mektebgushesi.az  xəbər verir ki, yanvarın 22-si Lev Landaunun doğum günüdür. O, 1908-ci ildə Bakının Balaxanı qəsəbəsində neft mühəndisi ailəsində dünyaya gəlib. 1916-cı ildə gimnaziyaya qəbul olunub və 12 yaşında buranı əla qiymətlərlə başa vurub. […]

Məktəblilərin Poeziya Klubu layihəsinin iştirakçıları növbəti görüşünü keçirib

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi üzrə Məktəblilərin Poeziya Klubu layihəsinin iştirakçıları Gəncə şəhər M.Hadi adına 10 nömrəli orta məktəbdə növbəti görüş keçirilib. Layihə iştirakçılarıyla bu görüşə Azərbaycan Yazıçılar Birliyinin üzvü Eltun Turkel qatıldı. İlk öncə şagirdlərin yazı nümunələrini dinləyən Eltun Türkel onların şeirin mövzusunun ərsəyə gəlmə düşüncələriylə tanış […]

Azərbaycanda məktəbli qız zorlanıb?

Azərbaycanda rayonların birində məktəbli qız zorlanıb. Lent.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkədə yayılıb. İddialara görə, məktəbli qız 25 yaşlı sabiq bank əməkdaşı tərəfindən zorlanıb. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsinə müraciət daxil olub: “İstintaq araşdırmaları aparılır. Müvafiq ekspertiza təyin edilib”.

BŞTİ: 59 nömrəli məktəbdəki hadisənin araşdırılmasına dair tapşırıq verilib

Paytaxtdakı 59 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə qarşı şiddət göstərməsi ilə bağlı yayılan videogörüntü ilə əlaqədar məktəbdaxili araşdırmanın aparılmasına dair tapşırıq verilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edək ki, məktəbin və müəllimin nüfuzuna xələl gətirən, tədris prosesinə uyğun olmayan bu kimi hallar […]

Müəllim və şagirdlər arasındakı insidentlə bağlı yayılan görüntüyə aydınlıq gətirilib – VİDEO

19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb. Mektebgushesi.az  APA – ya istinadən xəbər verir ki, müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, […]

Nadir İsrafilov: “Dinin ayrıca fənn kimi tədrisi ayrı şeydir, dini təhsilin verilməsi tamam başqa şey.”

  Din xalq üçün tiryəkdir, yoxsa mənəvi dəyərlərdən biri? Bu günlərdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin  üzvü Ceyhun Məmmədov bildirib ki, təhsil ocaqlarında dinlər haqqında məlumat verilməsinə ehtiyac var: “Burada əsas hədəf və məqsəd gənclərə dinlər haqqında məlumat verməkdir. Bu məlumatlar ona görə verilməlidir ki, gənclərin zərərli təriqət və dinlərin mahiyyəti barədə təsəvvürləri […]