Mektebgushesi

UNEC-in 27 tələbəsi mübadilə proqramları ilə xarici ölkələrdə təhsil alacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bakalavr və magistrantları “Erasmus+” və “Non-erasmus” proqramları çərçivəsində Almaniya, Koreya, Litva, Bolqarıstan, Fransa, Polşa, Türkiyə, Macarıstan və İspaniya universitetlərində mübadilədə iştirak edəcəklər. UNEC-dən AZƏRTAC-a bildirilib ki, 12 tələbə “Erasmus+” proqramı, 15 tələbə isə “Non-erasmus” mübadilə proqramı çərçivəsində yaz semestrində həmin ölkələrdə təhsil alacaq.

Tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

2023-cü ilin yanvarın 31-də Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi Mingəçevir şəhər Heydər Əliyeyev Mərkəzinə ekskursiya edib. Ekskursiya universitetin rektoru Şahin Bayramovun müvafiq əmri ilə təsdiq edilmiş “Heydər Əliyev ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində keçiriləcək tədbilər planı”na əsasən təşkil olunub. Ekskursiyada gənclərə müasir və […]

Bakıda əcnəbi tələbələr partlayış nəticəsində xəsarət alıblar

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəhər şosesi döngə 2-dəki mənzillərin birində qaz sızması nəticəsində partlayış olub. Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh […]

Məktəblə bağlı cinayət işi açıldı

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. “Qafqazinfo” Cəlilabad Rayon Prokurorluğuna istinadən xəbər verir ki, qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əmək haqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 […]

BDU-nun TGT sədri “İlin Tələbə Gənclər Təşkilatının sədri” seçilib

Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “ReBrend” forumu keçirilib. Forumun əsas məqsədi tələbə gənclər təşkilatlarının uzunmüddətli PR strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır. Forum zamanı Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ələkbər Həsənov 2022-ci il […]

Ceyhun Məmmədov: “Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir”

2 Fevral hər il ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük qayğı ilə yanaşan ümumimilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz […]

“Məktəbli teatrı” layihəsi reallaşır

  Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalibi olmuş layihə məhz “Məktəbli teatrı”nın yaradılmasına həsr olunub. Layihəni 279 nömrəli tam orta məktəb həyata keçirir. Layihə adıçəkilən məktəb ilə Bakı Şəhər Mədəniyyət İdarəsi Uşaq və Gənclər Teatrı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə […]

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi elan edilir

Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”ni elan edir.   Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.   Müsabiqəyə layihə sənədlərinin qəbulu 15 fevral-31 […]

Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.  

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başlayır

Fevralın 1-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır. Sənəd qəbulu prosesi 1 aprel 2023-cü il tarixinədək davam edəcək. Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa […]

Magistraturaya sənəd qəbulu davam edir

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu 9 fevral saat 23:59-dək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və 9 fevral saat 23:59-dək davam edəcək. 1 fevral saat 09:50-yə olan məlumata əsasən 5140 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 4607; rus bölməsi – 533). […]

II Bakı Elm Olimpiadası keçiriləcək

  Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında II Bakı Elm Olimpiadası keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini […]

BDU-nun Hüquq fakültəsində BMT QAK-ın nümayəndə heyəti ilə görüş

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Hüquq şöbəsinin müdiri İvan Çarnetski və qurumun əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində olublar. Fakültənin dekanı Zaur Əliyev hüquq tədrisi sahəsində BMT-nin müxtəlif strukturları, İnsan Hüquqları üzrə Ali Komissarlıqla əməkdaşlıq barədə ətraflı məlumat verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan […]

Məktəblərdə ikinci yarımil başlandı

  Fevralın 1-də ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin ikinci yarımili başlanıb. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. 27-31 yanvar tarixlərini (5 gün) əhatə edən qış tətilindən sonra bu gün ilk dərs günüdür.      

ADU-da İndoneziya Parlamentinin üzvləri ilə görüş keçirilib

  Yanvarın 31-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İndoneziya parlamentinin üzvü Muhammad İqbalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən Kamal Abdulla ADU tələbələrinin İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixinə olan marağından danışıb. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət görtərdiyini deyən rektor hər il İndoneziyaşünaslıq ixtisasına qəbul olan tələbələrin bu […]