Mektebgushesi

AMEA-nın Yer Elmləri Bölməsində hesabat ilində 8 mühüm nəticə əldə edilib

  2022-ci ildə AMEA-nın Yer Elmləri Bölməsində 8 problemi əhatə edən 45 mövzu, 55 elmi tədqiqat işi, 43 mərhələ üzrə elmi-tədqiqat işi yerinə yetirilib, 1 mövzu, 16 elmi-tədqiqat işi başa çatdırılıb, 1 tətbiq işi tamamlanıb. İl ərzində 4 Dövlət Proqramı üzrə tədqiqatlar aparılıb. Mektebgushesi.az xəbər verir ki, bunu yanvarın 30-da AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında […]

“Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri həyata keçirilib. Mektebgushesi.az xəbər verir ki, sözügedən tədbirdə Agentliyin nümayəndələri və qiymətləndirmə prosesində uğurlu nəticə əldə edən ərizəçilər iştirak edib. “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə təşkil olunan imtahan PAŞA Holdingin sponsorluğu və “TexnoLab MMC”-nin təşkilati dəstəyi ilə həyata keçirilib. Tədbirdə giriş nitqi ilə çıxış edən Agentlik nümayəndələri formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin […]

BDU-da “Azərbaycan Milli Kitabxanasının sənəd-informasiya resurslarının təhlili” adlı elmi seminar keçirilib

  Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Azərbaycan Milli Kitabxanasının sənəd-informasiya resurslarının təhlili” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Kitabxana-informasiya resurslarının idarə olunması kafedrasının müəllimi Ulduz Manafova mövzu ilə bağlı məruzə edib. Məruzəçi əvvəlcə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranma tarixi və inkişaf […]

UNEC Sosial media marketinqi üzrə vakansiya elan edir

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə “PART Agency”də sosial media marketinqi üzrə mütəxəssis vakansiyası elan olunur. Mektebgushesi.az xəbər verir ki, vakansiya gələcək karyerasını rəqəmsal marketinq, marketinq sahəsində görən gənclər üçündür. Tələblər: Sosial media marketinqi üzrə ilkin nəzəri biliklər; Marketinq, menecment, iqtisadiyyat kimi biznes yönümlü sahələrdə ali təhsil; İşə məsuliyyətli, təşəbbüskar yanaşma, araşdırma bacarığı, öyrənmə və inkişafa […]

Türkiyədə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!

Türkiyənin ali təhsil müəssisələrində 2023-2024-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb. Mektebgushesi.az xəbər verir ki, sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2023-cü ildir. Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix […]

Türkiyənin təhsil naziri Azərbaycana gəlib

Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub. M .Özer jurnalistlərə açıqlamasında İrandakı səfirliyimizə hücumu pisləyib. O bildirib […]

Ulakbim-Dərgi Park baza reyestrinə AMEA-nın jurnallarının daxil edilməsi məsələsi müzakirə olunub

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin Elm və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) rəhbəri professor Hasan Mandalla görüşüb. AMEA-dan bildirilib ki, Azərbaycan və Türkiyə alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən söz açan akademik İsa Həbibbəyli birgə qrant layihələrinin perspektivlərindən danışıb. O, AMEA ilə TÜBİTAK arasında elmi əlaqələrin əhəmiyyəti, […]

BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin ikinci təlimi keçirilib

  Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ gənc mühəndislər” layihəsinin ikinci  təlimi keçirilib. Layihənin rəhbəri Orxan Güləhmədov təlimin mövzuları, yerinə yetiriləcək praktiki işlərin yoxlanılma qaydalarını iştirakçıların diqqətinə çatdırıb. BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Faiq Paşayev, Elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin […]

İctimai şura üzvləri  LDU-da imtahanların gedişini izləyib

  Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin payız  semestrinin imtahan sessiyasının  son həftəsində tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri yenidən universitetdə olub və LDU-da keçirilən   imtahanların gedişini  bir daha canlı izləyiblər. İctimai şuranın sədri Güloğlan Bağırov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan […]

BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb

  Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində akademik Həsən Əliyevin 115 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. Ötən ilin dekabrında elan olunmuş müsabiqənin məqsədi tələbələrin ətraf mühitin mühafizəsi sahəsindəki yaradıcı düşüncələrini inkişaf etdirməkdir. Müsabiqəyə ətraf mühitin mühafizəsi istiqamətində çağırışlara həsr olunmuş maket və rəsmlər təqdim olunub. Münsiflər heyəti təqdim olunan əsərləri […]

Türkiyənin Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu ADAU-da olub

Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Qonaqla görüşən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov onu yeni təyinatı ilə bağlı təbrik edib. Aqrar Universitetlə Türkiyə Respublikasının ali təhsil müəssisələri arasındakı sıx əlaqələrdən və davam edən layihələrdən danışan Z.Qurbanov bundan sonra bu münasibətlərin inkişaf edəcəyinə […]

Azərbaycanlı şagird ABŞ-da  Beynəlxalq Olimpiadada qızıl medal qazandı

Yanvarın 21-dən 26-dək ABŞ-da Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsi keçirilib. Ölkəmizi bu olimpiadada Qəndab Məmmədova təmsil edib. Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib. Qəndab Məmmədova yarış müddətində öz fəallığı ilə seçilib. Ötən gün havalimanında Qəndab Məmmədovanı Kopernik olimpiadasının ölkəmizdə rəsmi nümayəndəsi olan Global Olympic Center […]

Azərbaycan və Türkiyənin elmi qurumları arasında əlaqələr genişləndirilir

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Yüksel Ozgenlə görüşüb. Akademiyadan bildirilib ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgen Azərbaycan və Türkiyənin elmi qurumları arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb, qarşılıqlı maraq doğuran məsələlərin həllində birgə fəaliyyətin […]

“Region gənclərinin karyera qış məktəbi” layihəsi çərçivəsində ilk tədbir həyata keçirildi 

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin Karyera Qış Məktəbi” adlı layihənin təqdimatını Zərdab şəhər Heydər Əliyev Mərkəzində həyata keçirib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təşkilatın sədri Vəfa Xəlilli AR Gənclər Fondu, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib. […]

TKT imtahanlarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının modulları üzrə imtahan təşkil edir. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, aşağıdakı TKT modulları üzrə imtahanlar təklif edilir: -TKT Modul 1 -TKT Modul 2 -TKT Modul 3 -TKT Modul YL (azyaşlı öyrənənlərə dilin tədrisi) -TKT […]