Mektebgushesi

UNEC-də 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

UNEC-in Maliyyə və mühasibat fakültəsində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan xüsusi dərs keçirilib. Mektebgushesi.az xəbər verir ki, dərsdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin dekanı dosent Hafis Hacıyev 33 il əvvəl Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, milli müstəqillik, azadlıq uğrunda […]

Müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin müsahibə mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu başlanılır. Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Məlumatda bildirilir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu yanvarın 19-u […]

Növbəti TOEFL iBT imtahanı keçirilib

  Yanvarın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub. DİM-dən  bildirilib ki, imtahanda 6 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti TOEFL iBT imtahanının fevralın 4-də keçirilməsi […]

Paytaxtdakı 299 nömrəli məktəb-liseydə yubiley tədbiri keçirilib

Paytaxtdakı 299 nömrəli məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva, İdarənin struktur bölmə rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad […]

ADNSU ilə “Caspian Energy Club” arasında Memorandum imzalanıb

“Caspian Energy Club”un  sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi 30-dək iş adamından ibarət nümayəndə heyəti yanvarın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) biznes turda iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, qonaqlar ADNSU-nun auditoriya və laboratoriyaları, Lazer Mərkəzi, HPC, Mətbəə, Azİİ e-Kitab Evi, Azərbaycan Türkiyə Dostluq Mərkəzi, ADNSU şəhidlərinin Xatirə Kompleksi və […]

BMU-da 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib

  Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) BMU ərazi partiya təşkilatı ilə birgə gerçəkləşdirilən mərasimdən öncə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca faciə […]

ADPU-da professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi ilə bağlı iclas keçirilib

  Yanvarın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2022-ci il üzrə professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi ilə bağlı Keyfiyyət Komissiyasının iclası keçirilib. Giriş nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov bildirib ki, Pedaqoji Universitetdə akademik heyətin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması və diferensial sosial təminat sistemini inkişaf etdirmək məqsədi ilə artıq beş ildir ki, müntəzəm olaraq professor-müəllim […]

Xəzər Universitetinin tələbələrdən ibarət nümayəndə heyəti Türkiyəyə səfər edəcək

Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin “Türkiyə-Azərbaycan Gənclər Mübadiləsi” proqramı çərçivəsində Xəzər Universitetinin bir qrup tələbəsi 2023-cü il yanvarın 22-27-də Türkiyənin Ankara, Kırşehir, Nevşehir və Kapadokya şəhərlərində səfərdə olacaqlar. Bununla əlaqədar olaraq 2023-cü il yanvarın 17-də universitetin rektoru İradə Xəlilova Türkiyəyə səfər edəcək qrupun bütün üzvləri və rəhbər heyəti ilə görüşdü. Qrupun rəhbəri, İctimai əlaqələr […]

Deputat: Bir azərbaycanlı Üzeyir Hacıbəylinin heykəlinə necə ayaqqabı ata bilər?

  Son günlər aktyor Bəhram Bağırzadənin sosial şəbəkələrdə paylaşılan fikirləri demək olar ki, hər kəs tərəfindən qınanıldı. Bu gün nəinki Azərbaycanda, dünyanın əksər ölkələrində yerli, gəlmə, kəndli, şəhərli müzakirələri gedir. Mən bu söhbətləri xoşlamıram. Amma hesab edirəm ki, Bəhram Bağırzadə Azərbaycan cəmiyyətində mövcud problemlərin bir qismini işıqlandırmağa çalışdı. Əslində bu gün cəmiyyətimizdə gedən xoşagəlməz proseslər […]

BDU-da kvant xromodinamikasının yüksək spinli rezonanslarına dair elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin elmi seminarı keçirilib. Fakültənin məzunu, Polşanın Jan Koçanovski adına Dövlət Universitetinin doktorantı Şəhriyar Cəfərzadə gördüyü işlər haqqında “Kvant xromodinamikasının yüksək spinli rezonansları” adlı icmal məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, protonlar və neytronlar bir-birilə güclü qarşılıqlı təsirdə olan qvarklar, qlüonlar və onların anti-zərrəcikləri kimi elementar zərrəciklərdən ibarətdir. Həmin […]

BDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş sərgi

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar foto və kitab sərgisi təşkil olunub. Elmi Kitabxananın təşkil etdiyi sərgidə 20 Yanvar gecəsində baş vermiş hadisələri qələmə almış müəlliflərin əsərləri, həmin müdhiş gecənin dəhşətlərini əks etdirən fotolar nümayiş olunur. Sərgi bir neçə gün davam edəcək.

“Yaradıcı müəllim” müsabiqəsinin qalibləri bəlli olub

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Yaradıcı müəllim: inkişaf edək, etdirək” təqdimat müsabiqəsinin qalibləri bəlli olub. Müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri və 1 nəfər 5-11-ci sinif şagirdi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən,114 nömrəli tam orta məktəbin müəllimi Rza Eyvazlı və şagirdi Fidan Daşdəmirova, 118 nömrəli tam orta məktəbin müəllimi […]

Bakıda kişi tanımadığı məktəbli qıza yaxınlaşdı: Polis hərəkətə keçdi – VİDEO

Bakıda kişi küçədə məktəbli qızlardan birinə yaxınlaşıb. Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub. Naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib. Məktəbli onun təklifini rədd edib. Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Onun başqa məktəbli qızlara da yaxınlaşdığı ehtimal olunur. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı […]

DİM şagirdlər üçün sual kitabçası hazırlayıb

Orta məktəb şagirdləri fənlər üzrə “Sınaq imtahanı sual kitabçaları” vasitəsilə hazırlıq səviyyələrini yoxlaya bilərlər. Mektebgushesi.az xəbər verir ki, kitabçalar 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün hazırlanıb. Sual kitabçası tədris ilinin ¼ hissəsini əhatə edir. Sual kitabçası daxilində rahat ayrılaraq istifadə oluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchiz olunmuş «Cavab kartı» yerləşdirilib. […]

ADNSU-da “Təlimçilər üçün təlim” vörkşopu təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (#MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində ADNSU-da “Təlimçilər üçün təlim” vörkşopu təşkil edilmişdir. Mektebgushesi.az xəbər verir ki, Vörkşopda İsveçin Linkopinqs Universitetindən dəvət olunmuş iki ekspert – […]