Mektebgushesi

Növbəti TOEFL iBT imtahanı keçirilib

  Yanvarın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub. DİM-dən  bildirilib ki, imtahanda 6 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti TOEFL iBT imtahanının fevralın 4-də keçirilməsi […]

Paytaxtdakı 299 nömrəli məktəb-liseydə yubiley tədbiri keçirilib

Paytaxtdakı 299 nömrəli məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva, İdarənin struktur bölmə rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad […]

ADNSU ilə “Caspian Energy Club” arasında Memorandum imzalanıb

“Caspian Energy Club”un  sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi 30-dək iş adamından ibarət nümayəndə heyəti yanvarın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) biznes turda iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, qonaqlar ADNSU-nun auditoriya və laboratoriyaları, Lazer Mərkəzi, HPC, Mətbəə, Azİİ e-Kitab Evi, Azərbaycan Türkiyə Dostluq Mərkəzi, ADNSU şəhidlərinin Xatirə Kompleksi və […]

BMU-da 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib

  Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) BMU ərazi partiya təşkilatı ilə birgə gerçəkləşdirilən mərasimdən öncə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca faciə […]

ADPU-da professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi ilə bağlı iclas keçirilib

  Yanvarın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2022-ci il üzrə professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi ilə bağlı Keyfiyyət Komissiyasının iclası keçirilib. Giriş nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov bildirib ki, Pedaqoji Universitetdə akademik heyətin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması və diferensial sosial təminat sistemini inkişaf etdirmək məqsədi ilə artıq beş ildir ki, müntəzəm olaraq professor-müəllim […]

Xəzər Universitetinin tələbələrdən ibarət nümayəndə heyəti Türkiyəyə səfər edəcək

Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin “Türkiyə-Azərbaycan Gənclər Mübadiləsi” proqramı çərçivəsində Xəzər Universitetinin bir qrup tələbəsi 2023-cü il yanvarın 22-27-də Türkiyənin Ankara, Kırşehir, Nevşehir və Kapadokya şəhərlərində səfərdə olacaqlar. Bununla əlaqədar olaraq 2023-cü il yanvarın 17-də universitetin rektoru İradə Xəlilova Türkiyəyə səfər edəcək qrupun bütün üzvləri və rəhbər heyəti ilə görüşdü. Qrupun rəhbəri, İctimai əlaqələr […]

Deputat: Bir azərbaycanlı Üzeyir Hacıbəylinin heykəlinə necə ayaqqabı ata bilər?

  Son günlər aktyor Bəhram Bağırzadənin sosial şəbəkələrdə paylaşılan fikirləri demək olar ki, hər kəs tərəfindən qınanıldı. Bu gün nəinki Azərbaycanda, dünyanın əksər ölkələrində yerli, gəlmə, kəndli, şəhərli müzakirələri gedir. Mən bu söhbətləri xoşlamıram. Amma hesab edirəm ki, Bəhram Bağırzadə Azərbaycan cəmiyyətində mövcud problemlərin bir qismini işıqlandırmağa çalışdı. Əslində bu gün cəmiyyətimizdə gedən xoşagəlməz proseslər […]

BDU-da kvant xromodinamikasının yüksək spinli rezonanslarına dair elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin elmi seminarı keçirilib. Fakültənin məzunu, Polşanın Jan Koçanovski adına Dövlət Universitetinin doktorantı Şəhriyar Cəfərzadə gördüyü işlər haqqında “Kvant xromodinamikasının yüksək spinli rezonansları” adlı icmal məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, protonlar və neytronlar bir-birilə güclü qarşılıqlı təsirdə olan qvarklar, qlüonlar və onların anti-zərrəcikləri kimi elementar zərrəciklərdən ibarətdir. Həmin […]

BDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş sərgi

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar foto və kitab sərgisi təşkil olunub. Elmi Kitabxananın təşkil etdiyi sərgidə 20 Yanvar gecəsində baş vermiş hadisələri qələmə almış müəlliflərin əsərləri, həmin müdhiş gecənin dəhşətlərini əks etdirən fotolar nümayiş olunur. Sərgi bir neçə gün davam edəcək.

“Yaradıcı müəllim” müsabiqəsinin qalibləri bəlli olub

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Yaradıcı müəllim: inkişaf edək, etdirək” təqdimat müsabiqəsinin qalibləri bəlli olub. Müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri və 1 nəfər 5-11-ci sinif şagirdi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən,114 nömrəli tam orta məktəbin müəllimi Rza Eyvazlı və şagirdi Fidan Daşdəmirova, 118 nömrəli tam orta məktəbin müəllimi […]

Bakıda kişi tanımadığı məktəbli qıza yaxınlaşdı: Polis hərəkətə keçdi – VİDEO

Bakıda kişi küçədə məktəbli qızlardan birinə yaxınlaşıb. Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub. Naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib. Məktəbli onun təklifini rədd edib. Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Onun başqa məktəbli qızlara da yaxınlaşdığı ehtimal olunur. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı […]

DİM şagirdlər üçün sual kitabçası hazırlayıb

Orta məktəb şagirdləri fənlər üzrə “Sınaq imtahanı sual kitabçaları” vasitəsilə hazırlıq səviyyələrini yoxlaya bilərlər. Mektebgushesi.az xəbər verir ki, kitabçalar 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün hazırlanıb. Sual kitabçası tədris ilinin ¼ hissəsini əhatə edir. Sual kitabçası daxilində rahat ayrılaraq istifadə oluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchiz olunmuş «Cavab kartı» yerləşdirilib. […]

ADNSU-da “Təlimçilər üçün təlim” vörkşopu təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (#MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində ADNSU-da “Təlimçilər üçün təlim” vörkşopu təşkil edilmişdir. Mektebgushesi.az xəbər verir ki, Vörkşopda İsveçin Linkopinqs Universitetindən dəvət olunmuş iki ekspert – […]

Ümumtəhsil məktəblərinə direktor vəzifəsinə yeni təyinatlar olub- SİYAHI

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində direktor vəzifəsinə təyinatlar olub. Mektebgushesi.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən direktorların işə qəbulu imtahanından uğurla keçən adları aşağıda qeyd edilən şəxslər direktor vəzifəsinə təyin ediliblər. Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev yeni təyin edilən məktəb […]

MDU-da 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

  2023-cü ilin yanvarın 17-də Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirin açılışında […]