Mektebgushesi

Pedaqoji Universitetdə 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

  Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının (ƏPT) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş görüş keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənimizin azdlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən rektor professor Cəfər Cəfərov diqqətə […]

Əlavə vakansiya seçimində uğur qazanan namizədlərin müsahibə nəticələri məlum oldu

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslərin müsahibə nəticələrinə dair məlumat şəxsi səhifələrinə göndərilib. Müsahibələr dekabrın 28-də onlayn təşkil olunub. Qeyd edək ki, müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

246 nəfərə doktorluq verilməsindən imtina edilib

2022-ci ildə Azərbaycanda 516 nəfərə elmi doktorluq dərəcəsi verilib. Prezident yanında Ali Attestasiya Komissiyasından “Qafqazinfo”ya bildirilib ki, onlardan 432 nəfər fəlsəfə doktoru, 84 nəfər isə elmlər doktoru dərəcəsi alıb. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 222 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə isə imtina cavabı gəlib. Bundan başqa, 2022-ci ildə 200 nəfərə […]

Tədris məşğələlərinə görə işçilərin əməyinin saathesabı qaydada ödənilməsi məbləğləri artırıldı

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsinin yeni məbləğləri müəyyənləşib. Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri aşağıdakı kimi olacaq: Qərara əsasən, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyəthaqqı daxildir. […]

BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

  Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçiləri Svetlana Demuxamedova və Gülnara Haqverdievanın “N-əvəz edilmiş tiokarbamidin metal komplekslərinin sintezi, struktur analizi, DFT-nin tədqiqi, antioksidant aktivliyi” (“Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea”) adlı məqaləsi “Web of science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısında […]

İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir

    Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri payız semestri qış imtahan sessiyasının gedişatını izləyiblər. İctimai Nəzarət Şurasının üzvləri imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri tələbələrin sessiyaya hazırlıqları, sualların tərtibatı, imtahan prosesi barədə fikirlərini bölüşüblər. Bildirilib ki, 2022-2023-cü tədris ili payız semestrinin qış […]

BMU-nun prorektoru ECAR layihəsi çərçivəsində yaradılan Elmi işlər üzrə komitənin sədri seçilib

  Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşı olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib. Tədbir layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda baş tutub. İclasda komitənin funksiyaları, qurumun idarə heyətinin sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti üzvlərinin […]

Əvvəlki illərdə təhsilini başa vurmayanların imtahan nəticələri açıqlanıb

Bakı şəhəri üzrə keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb. Əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 879 nəfər qatılıb. Onlardan 181 nəfəri uğur qazanıb. Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 47 nəfər, tam orta təhsil səviyyəsi […]

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 27 yanvar 2023-cü il tarixində Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda  Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayon sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 19 yanvar 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri […]

ARTİ Dərslik mətnlərinin dil və üslubu ilə bağlı tövsiyələr hazırlayıb

Dərslik komplektlərini tərtib edən müəlliflər, onların qiymətləndirilməsi üzrə ekspertlər, əlyazmanın elmi-metodik və dil-üslub redaktorları və nəşriyyat işçilərinə praktik kömək məqsədilə hazırlanmış “Dərslik mətnlərinin dil və üslubu ilə bağlı tövsiyələr” ümumi təhsil müəssisələri üçün tədris resurslarının keyfiyyətinin yüksəldilməsinə yönəlik aşağıdakı hədəfləri nəzərdə tutur: • Azərbaycan dilində dərslik komplektlərinin müəllifləri tövsiyələrdən istifadə etməklə hazırladıqları mətnlərin mürəkkəblik dərəcəsinin […]

MDU-da növbəti “Açıq qapı” günü keçiriləcək

2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir. İmtahan dövründə tələbə və magistrantların, həmçinin, onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunur. Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri […]

BDU-nun Qazax filialında 20 Yanvar faciəsinə həsr edilmiş dəyirmi masa

  Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda  dəyirmi masa keçirilib. Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BDU Qazax filialının direktoru Arif Rüstəmov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktıdır. 1990-cı il yanvarın 19-dan 20-nə […]

AMEA: Yanvarın 22-də Venera ilə Saturn bir-birinə çox yaxın məsafədən keçəcək

Yanvar ayının 22-də Günəş batdıqdan sonra Venera ilə Saturn planetlərinin birləşməsini izləmək mümkün olacaq. Bu iki Günəş sistemi planeti qeyd olunan tarixdə bir-birinə çox yaxın məsafədən (~0.34⁰) keçəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Planetlərin birləşməsi Bakı vaxtı ilə (GMT+04) saat 18:03-dən etibarən üfüqdən 14⁰ hündürlükdə cənub-qərbdə müşahidə […]

DİM -də Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib

Dövlət İmtahan Mərkəzində yanvarın 16-da Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib. Mektebgushesi.az xəbər verir ki, gündəlik məsələlər ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçaların müzakirəsi olub. İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və […]

1502 Bakı məktəblisi fənn olimpiadalarının yarımfinal turunda iştirak edəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 502 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb. BŞTİ-dən Mektebgushesi.az -a bildirilib ki, onlardan 376 nəfər Azərbaycan dili və ədəbiyyatı, 83 nəfər biologiya, 97 nəfər coğrafiya, 117 nəfər fizika, 85 nəfər informatika, 130 nəfər kimya,  457 nəfər riyaziyyat, 157 nəfər isə tarix fənni […]