Mektebgushesi

AzTU – da Nəqliyyat və logistika sahəsində ortaq mərkəz yaradılacaq

Azərbaycan Texniki Universiteti (AzTU), İstanbul Texniki Universiteti (İTÜ) və Daşkənd Dövlət Nəqliyyat Universiteti tərəfindən nəqliyyat və logistika sahəsində ortaq mərkəz yaradılacaq. Mektebgushesi.az  xəbər verir ki, bu barədə AzTU-nun rektoru Vilayət Vəliyevin Türkiyəyə səfəri zamanı İTÜ-nün rektoru İsmayıl Koyuncu və universitetin nümayəndə heyəti ilə görüşündə fikir mübadiləsi aparılıb. Bundan başqa, aprelin 26-28-də Özbəkistanın Səmərqənd şəhərində İTÜ, […]

MDU Elmi Şurasının növbəti iclası keçirilib

  2023-cü ilin yanvarın 26-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda “Universitetə tələbələrin cəlb edilməsi işinin təşkili haqqında” hesabat dinlənilib. Aparılan müzakirələrdən sonra, hesabat qəbul edilib və universitetə tələbələrin cəlb edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə aidiyyəti struktur bölmə rəhbərlərinə […]

Dərdin-qəmin ömrünü yaşayan Güllnarə Cəmaləddin                                    

  “Şair olan öz ömrününü yaşamır, Dərdin-qəmin bol ömrünü yaşayır.” Ruhun şad olsun, Zəlimxan Yaqub. Nə gözəl demisən. Sanki ürəyimi oxuyub qələmə almısan bu misraları. Xeyli vaxt idi məhz bu mövzuda, şeirlərini sevə-sevə oxuduğum, sosial mediada, dövrü mətbuatda ardıcıl izlədiyim  AYB Sumqayıt bölməsinin sədri, könlümün, ruhumun şairi Gülnarə Cəmaləddin haqqında, onun yaradıcılığının  özünəməxsusluğu barədə yazmaq istəyirdim. […]

 Lənkəran-Astara Regional Təhsil İdarəsindən yoxlamalarla bağlı AÇİQLAMA

Müxtəlif sosial şəbəkələrdə və xəbər saytlarında Astara rayonunun Burzubənd kənd tam orta məktəbinin direktoru Turan Rəfiyev tərəfindən həmin məktəbin müəlliminin şiddətə məruz qalması başlığı  ilə yayılan məlumatı aydınlaşdırmaq məqsədi ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə  təhsil sektoru tərəfindən 26 yanvar 2023-cü il tarixində araşdırılma aparılmışdır.     Regional idarədən Mektebgushesi.az -a verilən məlumata görə, araşdırma […]

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində ekoklub yaradılıb

  Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində 26 yanvar – Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş maarifləndirici tədbir keçirib. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Ekoloji təhsil və davamlı inkişaf bölməsinin müdiri Jalə İsmayılova “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi” layihəsi barədə məlumat verib. Qeyd edib […]

“Dahi şəxsiyyət” adlı tədbir keçirilib

Paytaxtdakı 297 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dahi şəxsiyyət” adlı tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İdarənin İctimaiyyətlə əlaqələr […]

Növbəti “Açıq qapı” günü keçirilib

  2023-cü ilin yanvarın 26-da Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər. Cari imtahan sessiyası […]

Pedaqoji Universitetdə bp-nin nəşr etdiyi 4 yeni beynəlxalq dərslik tərcüməsinin təqdimatını keçirilib

Yanvarın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində bp beynəlxalq universitetlərdə geniş istifadə edilən dörd dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib. Bu, bp tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və yerli universitetlərə təqdim olunmuş əvvəlki 15 dərsliyə əlavədir. bunlar Rona Hartın “Pozitiv psixologiya”, Çarlz A. O’Reyli və Malykl L.Tuşmanın “Liderlik et və qalib […]

Misirdəki səfir Elxan Poluxov BDU-nun Şərqşünaslıq fakültəsinin qonağı olub

  Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin qonağı olub. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qonağa son illər fakültədə həyata keçirilən müsbət dəyişikliklər və kadr hazırlığı barədə məlumat verib, ərəb ölkələri ilə əlaqələrin yaradılmasının zərurətini vurğulayıb. Bu aspektdə Misir Ərəb Respublikası ilə olmuş təmaslar xatırlanıb. Səfir Elxan Poluxov […]

Kulturoloq məktəblilərlə görüşüb

“Məktəbdə…” layihəsinin növbəti görüşü Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov olub. Görüşdə F.Məmmədov məktəb həyatında yadda qalan hadisələrdən, sevimli müəllimlərindən, təhsilimizin perspektiv inkişaf […]

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib

Elm və Təhsil Nazirliyi “2022-26-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində 2023-24-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısını müəyyən edib. “Report” xəbər verir ki, siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin […]

Britaniya səfiri Tuğ kənd orta məktəbindən paylaşım edib – FOTO

Beyləqana səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tuğ kənd orta məktəbində olub. Diplomat “Twitter” hesabında şagirdlərlə foto paylaşıb. “Tuğ kənd orta məktəbinin şagirdlərilə vaxt keçirib onların maraqlı suallarına cavab vermək mənim üçün xoş bir fürsət idi. Necə deyərlər, gənclər bizim gələcəyimizdir!” – deyə o, paylaşımında qeyd edib.

Elm və təhsil naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. Mektebgushesi.az-ın xəbərinə görə, Elm və təhsil naziri Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir sakinlərini qəbul edəcək. Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır. Qəbul cədvəlini təqdim edirik: S/n Qəbulun keçirildiyi şəhər, […]

MDU əməkdaşının həmmüəllifliyi ilə nüfuzlu beynəlxalq jurnalda çap olunan məqalənin təqdimatı keçirilib

2023-cü ilin yanvarın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyyə Allahverdiyevanın həmmüəlliflərlə birgə yazdığı və Web of Science elmimetrik bazasında ən yüksək – Q1 kvartil kateqoriya üzrə indekslənən Amerika Riyazi Elmlər İnstitutunun (American Institute of Mathematical Sciences) “AIMS Mathematics” jurnalında dərc olunan məqalənin təqdimatı keçirilib. Mektebgushesi.az xəbər verir ki, “Dördüncü dərəcəli xətti psevdoparabolik tənlik […]

AzMİU-nun startapçı tələbələri Koreyanın beynəlxalq proqramında iştirak hüququ qazanıblar

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İBİ mərkəzinin rezidentləri, startapçı Nigar Novruzzadə (N’us Gallery) və Rəvan Quluzadə (TapTik) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən keçirilən “Capacity Building” proqramında iştirak hüququ qazanıblar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA) təşkilatçılığı ilə keçirilən proqramda iştirak etmək üçün AzMİU-nun müəllim və […]