Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Yaradıcı müəllim: inkişaf edək,
etdirək” təqdimat müsabiqəsinin qalibləri bəlli olub.
Müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri və 1 nəfər 5-11-ci sinif
şagirdi iştirak edib.
Müsabiqənin nəticələrinə əsasən,114 nömrəli tam orta məktəbin müəllimi Rza Eyvazlı və
şagirdi Fidan Daşdəmirova, 118 nömrəli tam orta məktəbin müəllimi Amənə Kərbalayeva və şagirdi
Fatimə Məmmədli, 136 nömrəli tam orta məktəbin müəllimi (məktəbin direktoru) Aysel Şərbətova
və şagirdi Nərmin Həsənova I, 83 nömrəli məktəb-liseyin müəllimi İdris Abıyev və şagirdi Bahar
Abbasova, 156 nömrəli tam orta məktəbin müəllimi Şəlalə Hüseynova və şagirdi Kənan
Qasımzadə, 260 nömrəli tam orta məktəbin müəllimi Bəyazid İsazadə və şagirdi Elmir Mustafayev
II, 160 nömrəli Klassik Gimnaziyanın müəllimi Hamlet Əliyev və şagirdi Ayla Bədəlli, 313 nömrəli
tam orta məktəbin müəllimi Təranə Vəliyeva və şagirdi Aysu Cəfərli, 189-190 nömrəli tam orta
məktəbin müəllimi Namiq Cəfərov və şagirdi Kamal Əlizadə III yerə layiq görülüblər.
20 nömrəli məktəb-liseyin müəllimi Çinarə Kazımova və şagirdi Mürşüd Hüseynli, 227
nömrəli tam orta məktəbin müəllimi Rəna Kərbəlayeva və şagirdi Ləman Kərimova, 227 nömrəli
tam orta məktəbin müəllimi Lətafət Nəsibova və şagirdi Xəyyam Cəfərov, 262 nömrəli tam orta
məktəbin müəllimi Çimnaz İbrahimova və şagirdi Zeynəb Əliyeva, 302 nömrəli tam orta məktəbin
müəllimi Gülşən İsmayılova və şagirdi Sərxan Zülfüqarlı, 318 nömrəli tam orta məktəbin müəllimi
Vüsalə Abbasova və şagirdi Zeynal Rəsulzadə həvəsləndirici yeri tutub.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.
Qeyd edək ki, Bakı şəhəri 4, 5, 17, 26, 28, 36, 53, 71, 75, 80, 83, 96, 113, 119, 145, 156,
160, 161, 182, 183, 193, 201, 203, 220, 262, 265, 267, 276, 281, 287, 307, 311, 313, 320, 189-
190  nömrəli təhsil müəssisələrinin müəllim və şagirdləri isə fəal iştirakına görə “Təşəkkürnamə” ilə
təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı,
yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl
müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin
yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və
mülahizələrinin öyrənilməsindən ibarətdir.

Bənzər yazılar